Rusiya Baş Qərargah rəisi Bakıda NATO-nun baş komandanı ilə görüşəcək

Rusiya Baş Qərargah rəisi Bakıda NATO-nun baş komandanı ilə görüşəcək

Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov Azərbaycana işgüzar səfərə gəlib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, V.Gerasimov Bakıda NATO-nun Avropadakı Silahlı Qüvvələrinin baş komandanı ordu generalı Körtis Skaparroti ilə görüşəcək.

Qeyd olunub ki, tərəflər Avropa regionunda NATO və Rusiyanın hərbi fəaliyyətini, eləcə də Suriyadakı vəziyyəti müzakirələr edəcəklər. "İşgüzar səfər zamanı V.Gerasimovu Azərbaycan Prezidenti İlham Əliyev qəbul edəcək", - Rusiya Müdafiə Nazirliyindən bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
672 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...