Qlobal neft ehtiyatları 2,83 mlrd. barelədək azalıb

Qlobal neft ehtiyatları 2,83 mlrd. barelədək azalıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələri tərəfindən neft hasilatının azaldılmasına dair bağlanmış saziş qüvvəyə mindikdən sonra dünya üzrə neft ehtiyatları 300 mln. barel azalaraq 2,83 mlrd. barelə enib.

“APA-Economics”in “İnterfax”a istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bu gün OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin - OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında deyib.

"İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrinin neft ehtiyatları 15 ay ərzində durmadan azalırdı. Neft ehtiyatlarının həcmi artıq 300 mln. barel - 2,83 mlrd. barelədək azalıb", - deyə o bildirib.

Bununla belə, Rusiyanın energetika naziri Aleksandr Novak isə qeyd edib ki, aprelin 1-nə izafi neft ehtiyatlarının həcmi 12 mln. barel təşkil edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
675 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...