ABŞ-la müharibə başlaya bilərdi – Lavrovdan SENSASİYALI AÇIQLAMA

ABŞ-la müharibə başlaya bilərdi –

Rusiya prezidenti Vladimir Putin və onun amerikalı həmkarı Donald Tramp iki ölkə arasında hərbi qarşıdurmaya yüz faiz imkan verməyəcəklər”. Publika.az xəbər verir ki, bunu “RİA-Novosti” agentliyinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Hərbi qarşıdurmanın riskləri haqqında məsələyə gəlincə, yüz faiz əminəm ki, hərbçilər buna imkan verməyəcəklər. Və əlbəttə ki, prezident Putin, nə də prezident Tramp buna icazə verməyəcək. Onlar öz xalqları tərəfindən seçib və sülh üçün öz xalqları qarşısında cavab verirlər”, - o deyib.

Lavrov bildirib ki, Moskva Suriyaya zərbələrdən əvvəl Vaşinqtona "qırmızı xət"lər barədə xəbərdarlıq etmişdi: "Rusiyanın Silahlı Qüvvələrinin Baş qərargahının müdiri Valeri Gerasimov aydın şəkildə dedi ki, koalisiyanın hansısa döyüş hərəkətləri Rusiyanın hərbi qulluqçularına zərər vurarsa, onda biz sərt olacağıq və aydın cavab verəcəyik. Həm də yalnız raketlər deyil, daşıyıcıları da qanuni hədəfimiz olacaqdı. Bu, aydın və birmənalı şəkildə deyilmişdi".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
737 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...