ABŞ-dan Nalbandyana zəng: Qarabağ və Paşinyan müzakirə edildi

ABŞ-dan Nalbandyana zəng:

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçel arasında telefon danışığı olub.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, tərəflər Ermənistandakı mövcud daxili siyasi vəziyyyəti müzakirə ediblər. Bildirilib ki, daxili siyasi böhran ölkənin konstitusiyası çərçivəsində öz həllini tapmalıdır.

Tərəflər, həmçinin Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətlə bağlı fikri mübadiləsi aparıb. Bundan əlavə ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı əsasında təmas xəttində gərginliyin azaldılmasının vacibliyini təsdiqləyiblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1089 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...