"İlham Əliyev Yerevanı alacağı ilə hədələyir" - Paşinyan parlamentdə

 "İlham Əliyev Yerevanı alacağı ilə hədələyir" -

Ermənistanda Serj Sarkisyanın hakimiyyətdə qalmasına qarşı etiraz hərəkatının lideri Nikol Paşinyan bu gün parlamentdə çıxış edib.

O, Dağlıq Qarabağ münaqişəsilə bağlı danışarkən Azərbaycanın Ermənistana hərbi təhlükə yaratdığını qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyev Ermənistanı hətta Yerevanı alacağı ilə hədələyir, o deyib.

"Biz hamımız anlamalıyıq ki, Azərbaycan rəhbərliyi İlham Əliyevin simasında hər bir imkandan istifadə edərək Dağlıq Qarabağ Respublikasını və Ermənistan Respublikasını hədələyir və hətta Ermənistan paytaxtının fəthindən danışır".

"Biz ölkəmizi qorumaq gücündə olmalıyıq", "Gücdən istifadə təhlükəsinin aradan qalxmasını təmin etməliyik" - o deyib (BBC-Azərbaycanca).



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
686 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...