Bu da Fazil Mustafanın partiyasının deputatlığa namizədləri aqronom-mayor-memar - SİYAHI
Dünən Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun növbəti iclası keçirilib
Partiyanın mərkəzi qərargahında BQP Başqanı Fazil Mustafanın sədrliyi ilə keçirilən iclasda ictimai-siyasi vəziyyət, partiya strukturlarının parlament seçkilərinə hazırlığının vəziyyəti, yerli təşkilatlar tərəfindən Azərbaycan Respublikasının Mili Məclisinin deputatlığına namizədlərin irəli sürülməsi və digər məsələlər müzakirə edilib.
İclasda ictimai-siyasi vəziyyət mövzusunda partiya Başqanının məruzəsi dinlənilib və seçkili orqan üzvlərinin sualları cavablandırlıb. Siyasi Qurulda seçki dairələri üzrə aşağıda adları qeyd olunan şəxslərin Böyük Quruluş Partiyası tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədliklərinin irəli sürülməsi məsələsinin Ali Məclisin gündəliyinə salınması haqqında qərar qəbul edilib:
26 saylı Sabunçu birinci seçki dairəsi üzrə - Mustafa Fazil Qəzənfər oğlu. BQP Başqanı, fəlsəfə üzrə fəlsəfə doktoru, hazırkı Millət vəkili;
8 saylı Binəqədi birinci seçki dairəsi üzrə - Aslanzadə Dürdanə Səyyar qızı. Ali təhsilli, memar, maliyyə-iqtisad kollecinin müəllimi;
11 saylı seçki dairəsi üzrə - Soltanov Ağaəmi Balaəmi oğlu. Ali təhsilli, özəl sektor;
38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə - Mirzəyev Teymur Aydın oğlu. Ali təhsilli, özəl sektor;
39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi üzrə - Süleymanov Şahin Süleyman oğlu. Ali təhsilli, özəl sektor;
40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə - Nəcəfov Namiq Nəcəf oğlu. Ali təhsilli, müvəqqəti işsiz;
43 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə - Kərimov Kərim Məmmədhəsən oğlu. Ali təhsilli, özəl sektor;
70 saylı Masallı şəhər seçki dairəsi üzrə - Əzizov Mirrəhman Mirnağı oğlu. Ali təhsiili, müəllim;
73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə - Əlizadə Ağababa Həzi oğlu.BQP Lənkəran rayon təşkilatının sədri, müvəqqəti işsiz;
85 saylı Şamaxı seçki dairəsi üzrə - Niftəliyev Orucəli Şanavaz oğlu. Ali təhsilli, müəllim;
91 saylı Ucar seçki dairəsi üzrə - Yusifov Elvin Fizuli oğlu. BQP Ucar rayon təşkilatının sədri, ali təhsilli, mühasib;
92 saylı Zərdab-Ucar seçki dairəsi üzrə - Vəliyev Elxan İbrahiməli oğlu. Ali təhsilli, memar;
96 saylı Goranboy-Naftalan seçki darəsi üzrə - Qasımov Valeh Nurəddin oğlu. Qarabağ müharibəsi veteranı, ehtiyyatda olan mayor;
99 saylı Şəmkir kənd seçki dairəsi üzrə - Abdullayev Hafiz İsmayıl oğlu, ali təhsilli,həkim;
107 saylı Qazax seçki dairəsi üzrə - Eyyubov Ərəstun Dilənçi oğlu, ali təhsilli, aqronom;
İclasda digər seçki dairələri üzrə deputatlığa namizədlərin müəyyənləşdirilməsinin həftə ərzində yekunlaşdırılması qərara alınıb.(strateq.az)
1534 dəfə oxundu