“Tezliklə Gürcüstana qayıdıb feodalların axırına çıxacağam” Saakaşvili

“Tezliklə Gürcüstana qayıdıb feodalların axırına çıxacağam”

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili öz Facebook səhifəsində ölkə vətəndaşlarına müraciətini paylaşıb

Videomüraciətinin Amsterdamda çəkildiyini deyən Saakaşvili söz verir ki, tezliklə Gürcüstana qayıdıb “feodalların axırına çıxacaq”.

Keçmiş prezident müraciətini 14 il əvvəl Acarıstan muxtar vilayətində Aslan Abaşidze rejiminin devrilməsi və separatçı bölgənin mərkəzi hökumətin nəzarətinə qayıtmasının ildönümündə edib.

Videoda Saakaşvilinin arxasında kanal var, qarşısında isə velosipedi: “Əlbəttə, acarlar və bütün Gürcüstan vətəndaşları, mən sizi Amsterdam küçələrindən deyil, birbaşa Batumidən salamlamaq istərdim, bax bu velisipedi də orda sürərdim. Eybi yoxdu, o günü də görəcəyik” – deyə sabiq prezident bildirib.

Saakaşvili deyib ki, Gürcüstana qayıdıb insanların sosial vəziyyətini yaxşılaşdıracaq, turizmin “əvvəlki inkişaf tempini bərpa edəcək”. O, Acarıstanda turizmin inkişaf səviyyəsinin qənaətbəxş olmadığını deyib: “Mənim böyük planlarım var, mütləq tezliklə qayıdacam” – deyə keçmiş prezident vəd verib.

Gürcüstanda Saakaşviliyə qarşı bir neçə cinayət işi qaldırılıb. Amma onun partiyası müxalifət kimi ölkənin siyasi həyatında fəal iştirak edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
847 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...