İsveç parlamenti qondarma soyqırımla bağlı qərarını geri götürdü

İsveç hökuməti təqdirəlayiq addım atıb.

Hökumət 1915-ci il hadisələri ilə bağlı 2010-cu ildə parlamentdə qəbul edilən qərarın icra edilməsini təxirə salıb. Açıqlamaya görə, məsələ ilə bağlı müstəqil təşkilatın araşdırmasının nəticəsinə görə hərəkət ediləcək.

İsveç Xarici İşlər Nazirliyinin sözçüsü Erik Boman baş nazir Stefan Lövfenin bir neçə gün öncə verdiyi açıqlamanı xatırladıb.

Onun sözlərinə görə, araşdırma ilə bağlı artıq işlər başlayıb. Boman xalqlar arasında uzunmüddətli sülh əldə edilməsini istədiklərini deyib. O, bu mövzu ilə bağlı araşdırma bitmədən heç kimin bir gözləntisi olmamalıdır.

XİN rəsmisi 100 il öncə yaşanmış bir hadisə üçün araşdırma aparmadan parlamentin qərarı ilə bir ölkə tərəfindən soyqırım törədildiyini elan edə bilməyəcəyini qeyd edib. O, tarixçilərin araşdırmasından sonra qərar veriləcəyini vurğulayıb.

İsveç hökumətinin 2010-cu ildəki qərarını saxlaması ermənilər arasında ciddi narazılığa səbəb olub.

Xatırladaq ki, İsveç parlamentindəki qərar 2010-cu ildə müxalifətdə olan Sosial Demokrat Partiya ilə Yaşıllar Partiyasının ortaq layihəsi olaraq bir səs fərqlə qəbul edilmişdi.(ans press)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1493 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...