Corc Soros Azərbaycanda təxribata hazırlaşır - Andrey Koribko

Corc Soros Azərbaycanda təxribata hazırlaşır -

Dünyanı qarışdıran spekulyator Corc Soros tərəfindən Ermənistanda ssenariləşdirilən və tətbiqlənən, son günlər Gürcüstanda davam etdirilən küçə aksiyalarının Azərbaycana köçürülməsinə dair işartılar var.

Hafta.az-ın yazdığına görə, bu barədə "Yeni akit" məlumat yayıb. Qəzet xatırladıb ki, ötən həftə Tiflisdə polisin gecə klublarında narkotik tüccarlarına qarşı keçirdiyi əməliyyata mane olmaq məqsədilə bir qrup şəxs insanları hökumət əleyhinə aksiyaya çağırıb. Onların bəzi nazirlərin istefasını tələb etməsi isə aksiyaların başqa bir ssenari ilə idarə olunduğunu və mütləq arxasında xarici qüvvələrin dayandığına dair faktları qətiləşdirib. Hadisələrin gedişatını analiz edən beynəlxalq media orqanı sayılan "Oriental Review"də jurnalist Andrev Koribko “Gürcüstanın "Çılğın Partiya" inqilabı" Ermənistanda başladı, Azərbaycanda sona çatacaq" başlıqlı məqalə yazıb. Onun fikrincə, etiraz aksiyaalrının "ərəb baharı"nda olduğu səmtdə inkişafı nəzərdə tutulur.

"Oriental Review"ə görə, Ermənistanda başlayıb hökumətin dəyişməsi ilə nəticələnən aksiyaların mənbəyi yəhudi spekulyator Corc Sorosdur. Əsl hədəf isə Türkiyə ilə sıx əlaqələrə malik Azərbaycandır. "Türkiyəyə qardaş ölkə olan Azərbaycana istiqamətləndirilən belə bir hücum, son zamanlar Ankara ilə Bakı arasında hədsiz yaxınlığın qısqanclıq yaratmasından qaynaqlanır. Sororsun planlarına görə, qarmaqarışıq vəziyyətdə zəngin neft və qaz ehtiyyatlarına malik Azərbaycanın həm istismar olunması, həm də Türkiyə ilə yaxın münasibətlərindən dolayısı cəzalandırılması nəzərdə tutulur" yazır "Oriental Review".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
983 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...