BDU rektoru UNEC-ə rəhbər olmaq istəyir?

BDU rektoru UNEC-ə rəhbər olmaq istəyir?
Bir neçə gün öncə saytların birində Hesablama Palatası UNEC-də apardığı yoxlamaları niyə açıqlamır başlığında sifariş qoxulu yazı dərc edilmişdi.Daha sonra məqalə dərc olunan mənbədən sifarişçinin kimliyini araşdırmağa başladıq.Ortaya maraqlı şəxslər,maraqlı adlar çıxdı.Adı hər zaman maliyyə pozuntularında hallanan BDU rektoru Elçin Babayevin yazının sifarişçisi olduğunu aydın etdik.Görəsən bunun səbəbi nədir ? Elçin Babayev UNEC-ə rektormu gəlmək istəyir ?
BDU ilə UNEC-in hər zaman rəqabətdə olduğunu bilirik.UNEC təhsili ilə hər zaman rəqabətdə qalib gəlir.Rəqabəti də gərək kişi kimi edəsən.Bəs kişilik harda qaldı ?
Durub yazı yazdırmaq,sorğu göndərmək sizin haranıza yaraşır ?
Onu da UNEC-dən olan etibarlı mənbələr bizə bildirdilər ki,UNEC rəhbərliyi hesablama palatasının apardığı yoxlamaların açıqlanmasının tərəfdarı olub.Hesablama palatasının da bu açıqlamanı növbəli şəkildə apardığı üçün onların işinə qarışmayıblar.Məhz bu reket jurnalistin sorğusundan,xəbər dərc etməsindən sonra UNEC rəhbərliyinin bu açıqlamanın verilməsini hesablama palatasından tələb etdiyindən heç şübhə duymuruq.
O məqamı da sizə çatdıraq ki,hesablama palatasının audit nəticələrini elan etmədiyi universitet yalnız UNEC deyil.Sifarişçi Elçin Babayevin menyusuna onu da çatdıraq ki,sifarişi verərkən elə verin ki,sonra iyi çıxmasın.....
İndi isə gəlin audit yoxlamalırını dəyərləndirək.
Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü il üçün iş planına əsasən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri 2022-2023-cü illərdə, eləcə də 2024-cü ilin birinci rübündə UNEC tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyıb.

Bu barədə “APA-Economics” Hesablama Palatasına istinadən xəbər verir.

Qeyd edilib ki, auditin əhatə etdiyi dövrün əvvəlinə əsasən təhsil və büdcə illərinin üst-üstə düşməməsi səbəbindən UNEC-in 13263,0 min manat qalıq vəsaiti mövcud olmuş, 2022-2023-cü illərdə və 2024-cü ilin birinci rübü ərzində müxtəlif mənbələrdən ümumilikdə 119221,2 min manat vəsait daxil olmuş və 125086,4 min manat məxaric edilmişdir.


UNEC-in 2023-cü ildə 2022-ci illə müqayisədə gəlirlərində müşahidə edilən 7,8% səviyyəsində artım dövlət sifarişi üzrə təhsilin maliyyələşməsinə ayrılan vəsaitin 10,2% və digər gəlirlərin 2,3 dəfə artımı hesabına formalaşmışdır. Eyni zamanda, UNEC-in gəlirlərindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin (Nazirlik) müvafiq əmrləri ilə 2022-ci ildə 1653,0 min manat və 2023-cü ildə 1100,0 min manat vəsait təhsil işçilərinin, o cümlədən Nazirlik əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi təminatını, eləcə də 2024-cü ildə 991,0 min manat vəsait yalnız Nazirlik işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə Təhsilin İnkişafı Fonduna ayrılmışdır.


Auditin əhatə etdiyi dövrün sonuna UNEC-də 1646 nəfər əməkdaş çalışmış, onlardan 792 nəfərini inzibati, 854 nəfərini isə professor-müəllim heyəti təşkil etmiş, professor- müəllim heyətinin tərkibində əvəzçilərin sayı 185 nəfər olmuşdur. Mövcud dərs yükünün təmin edilməsi məqsədilə UNEC-də çalışan 109 əməkdaşla yanaşı kənardan 380 nəfər saathesabı əsaslarla cəlb edilmişlər.


2023-cü ilin sonuna bakalavr, magistr, doktorant və dissertantların sayı müvafiq olaraq 15060 nəfər, 4863 nəfər, 191 nəfər və 7 nəfər təşkil etmişdir.


İlk olaraq qeyd edək ki, auditlə UNEC-in Nizamnaməsində nəzərdə tutulsa da, Nazirlik tərəfindən Himayəçilər Şurasının yaradılmadığı, bu səbəbdən də Nizamnamə ilə Himayəçilər Şurasına aid edilmiş vəzifələrin UNEC-in müxtəlif rəhbər və məsul əməkdaşları tərəfindən icra edildiyi müəyyən olunmuşdur.


Həmçinin Nizamnamənin tələbinə əsasən UNEC-in strukturu təsisçi tərəfindən təsdiq edilməli olsa da, auditlə əhatə olunan illərdə bu fəaliyyət təsisçi tərəfindən həyata keçirilməmiş, nəzərdə tutulan ştat cədvəlləri rektor tərəfindən müvafiq qaydada təsdiq olunmuşdur. Eləcə də, Himayəçilər Şurasının yaradılmaması “Elmi-metodiki Şuranın Əsasnaməsi”nin də UNEC-in Elmi-Şurası tərəfindən təsdiqi ilə nəticələnmiş, audit olunan dövrdə kənar auditor təyin edilməmiş, analoji olaraq daxili auditin fəaliyyətinə UNEC rəhbərliyi nəzarət etmişdir.


Auditin əhatə etdiyi vəsaitin əsas hissəsini sosial xərclər təşkil etmiş, tətbiq edilmiş audit metodları ilə hesablanmış və ödənilmiş məbləğlər arasında uyğunsuzluq aşkar olunmamışdır. Bununla belə, icra prosesində bəzi nöqsanlara yol verilmiş, bu nöqsanların nəticəsi ümumilikdə cəmi məbləğin icrasına əhəmiyyətli təsir göstərməmişdir.


Ödənişli təhsil üzrə bağlanmış müqavilələrlə müəyyən edilmiş öhdəliklərə nəzarətin tam təmin olunmaması, eləcə də kredit haqlarının hüquqi aktların tələblərinə uyğun şəkildə yığılmaması təhsil haqqı üzrə debitor borc məbləğinin artımına səbəb olmuşdur.


Dövlət sifarişi əsasında maliyyələşmə müvəqqəti olaraq dayandırılmalı olduğu halda, dövlət sifarişi əsasında təhsil alan, lakin akademik məzuniyyət götürməsi ilə bağlı təhsilini dayandırmış tələbələr üzrə təhsil xərcinə görə cəmi 52 halda 32,3 min manat vəsait UNEC-in hesabında qalmışdır. Toplanmış audit sübutları auditlə əhatə edilən dövrdə hüquqi aktların tələblərinə uyğun xaric olunmuş dövlət sifarişli tələbələrin yerinə ödənişli əsaslarla təhsilalan tələbələr yerləşdirilməmiş, nəticədə dövlət sifarişi ilə təhsil alan, auditlə əhatə edilən illərdə müxtəlif səbəblərdən UNEC-dən xaric edilmiş tələbələr üzrə təhsil xərcinə görə 2022-ci ildə 71 halda 49,9 min manat, 2023-cü ildə 75 halda 57,6 min manat, cəmi 146 halda 107,5 min manat vəsaitin dövlət büdcəsinə qaytarılması təmin edilməmişdir.


Auditin əhatə etdiyi dövrdə ümumilikdə təqaüdlərin maliyyələşdirilməsi məqsədilə 27540,9 min manat vəsait icra edilmiş, təhsilin nəticələrinə görə müəyyən olunmuş təqaüdlərin məbləği bəzi hallarda kiçik məbləğlərdə düzgün hesablanılmamış, bu hallar vəsaitlərin icrasına əhəmiyyətli təsir göstərməmişdir.


Nizamnaməsi ilə nəzərdə tutulmayan bəzi tədbirlərə vəsait yönəldilməsi dövlət vəsaitlərinə əlavə tələbat yaratmaqla mənfəət məbləğinə də təsir göstərmişdir. Belə ki, UNEC voleybol komandasının oyunçuları və fizioterapevt ilə xidməti müqavilələr bağlanılaraq onlara aylıq haqq və idmançılara müəyyən edilmiş vaxtlarda məşq etmək və oyunlarda iştirak etmək üçün lazımı şərait yaradılması ilə bağlı bütün xərclər ödənilmiş, eləcə də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin siyahısına daxil olan və UNEC-in ərazisində fəaliyyət göstərən 3 nömrəli Tələbə Poliklinikasına UNEC-in strukturuna daxil olmadığı və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən maliyyələşdirildiyi halda vəsait yönəldilmişdir.


Təmir xərclərinin icrası prosesində təşkil olunmuş nəzarət fəaliyyətinin qənaətbəxş olmaması nəticəsində yerinə yetirilmiş işlərin dəyər və həcminin artırılması, eləcə də yerinə yetirilməyən işlərin dəyərinin ödənilməsi hallarına yol verilmiş, müvafiq nöqsanlar səbəbindən Quba tədris, idman və istirahət mərkəzinin əsaslı təmiri üzrə müqavilə məbləğinin 2,6%-i, tədris binalarının əsaslı təmiri üzrə müqavilə məbləğinin 1,6%-i və cari təmir üzrə müqavilələrin 8,8%-i qədər vəsait artıq icra edilmişdir.


Satınalmanın planlaşdırılması ilə bağlı tələblərə əməl olunması fonunda mütəmadi olaraq təşkil olunan və eyni dövrdə keçirilən tədbir üzrə fəaliyyətin gecikdirilməsi nəticəsində hər iki ildə təcili tələbat əsas gətirilməklə müsabiqəsiz şərtlərlə vəsait icra edilmişdir. Qeyd edək ki, bir mənbədən satınalmaların ümumi satınalma həcmində məbləğ olaraq xüsusi çəkisi 2022-ci ildə 8,6%, 2023-cü ildə isə 18,7% təşkil etsə də, satınalma sayında xüsusi çəkisi 2022-2023-cü illərdə müvafiq olaraq 45,5% və 47,4% təşkil etmişdir ki, bu da ən yaxşı təcrübələrlə müqayisədə məqbul hesab edilməyən həddən də nəzərəçarpacaq dərəcədə çoxdur.


Müqavilə şərtlərinə əməl olunmaması və öhdəliklərin icrasına nəzarətin tam təmin edilməməsi avans məbləğinin bağlanılmaması ilə vəsaitlərin təchizatçının istifadəsində saxlanılmasına səbəb olmuş, eləcə də bəzi hallarda müqavilə şərtlərinin hüquqi aktların tələblərinə əməl olunmadan dəyişdirilməsi, son nəticədə, vəsaitlərin satınalmasız icra edilməsi qənaətini formalaşdırmışdır.


Mühasibat uçotu və maliyyə hesabatlarının tərtibinin hüquqi aktların tələblərinə uyğun təşkil və tərtib olunması, eləcə də bu hesabatların təsisçiyə tələb edilən müddətlərdə təqdim olunması fonunda kənar auditin 2022-ci ildə avqust ayında keçirilməsi və 2023-cü ildə keçirilməməsi maliyyə hesabatlarının təsisçiyə auditor rəyi olmadan təqdim olunması ilə nəticələnmişdir.


Toplanmış audit sübutları audit predmetinin bütün əhəmiyyətli aspektlər baxımından müəyyən edilmiş münasib meyarlara uyğun olub-olmadığına dair nəticə çıxarmaq üçün yetərli və müvafiq olmaqla kafi əminlik formalaşdırmış, bu əminlik səviyyəsi əsasında dövlət satınalmalarının keçirilməsi və daxili nəzarətin təşkili ilə bağlı fəaliyyət istisna olmaqla Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən həyata keçirilən fəaliyyətin qüvvədə olan hüquqi aktlara əsasən uyğun olmasına dair rəy verilib.


Kollegiya qərarında nöqsanların aradan qaldırılması məqsədilə Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən UNEC ərazisində fəaliyyət göstərən 3 nömrəli tələbə poliklinikasının əməkdaşlarına ödənilən maddi yardımların növbəti aydan dayandırılması ilə bağlı alınmış qərar, dövlət sifarişi ilə təhsil almış xaric olmuş və akademik məzuniyyətə çıxmış təhsilalanlara görə ümumilikdə 139,8 min manat, təqaüd xərcinə görə dövlət büdcəsindən artıq ödənilmiş 1,8 min manat, satınalma müqavilələri üzrə yerinə yetirilməmiş öhdəliklər üzrə 6,8 min manat, təmir xərclərinin icrası prosesində yol verilmiş nöqsanlar üzrə 46,0 min manat məbləğində vəsaitin bərpa edilməsi, eləcə də təmir işləri üzrə 30,5 min manat dəyərində işlərin görülməsi, həmçinin təhsil haqları üzrə 7300,3 min manat debitor borcun audit dövründə 2675,2 min manatının bağlanması nəzərə alınıb.
İndi isə gəlin hesablama palatasının BDU-da keçirtdiyi yoxlamaya nəzər salaq.
Hesablama Palatası 2024-cü ilin İş planına əsasən Bakı Dövlət Universitetində (Universitet) həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində nöqsanlar aşkar edib.

Bizim.Media Palataya istinadən xəbər verir ki, nəzarət tədbirləri səmərəlilik (performans) auditi ilə birgə keçirilən uyğunluq auditi növündə aparılıb.

Audit 2022-2023-cü illərdə Universitet tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının və istifadəsinin hüquqi aktların tələblərinə uyğunluğunun, eləcə də elm və təhsil sahəsində funksional fəaliyyətinin qiymətləndirilməsi məqsədi daşımışdır.

Auditin əhatə etdiyi illərdə Universitetə dövlət büdcəsindən, ödənişli təhsildən və digər mənbələrdən vəsait daxil olmuşdur.

Audit əhatə dövrünün əvvəlinə mövcud olmuş və əsasən tədris ili ərzində dövlət sifarişi ilə təhsil haqqının, eləcə də təqaüdlərin ödənilməsi məqsədi daşımış 38,5 mln. manat qalıq məbləği, mədaxil olunmuş 163,2 mln. manat və məxaric olunmuş 173,5 mln. manat məbləği əhatə etmiş, dövrün sonunda 28,2 mln. manat qalıq məbləği formalaşmışdır.


İlk olaraq qeyd edək ki, Universitetin xərcləri əsasən sosial xarakterli olmuşdur. Bu xərclərin ödənilməsi zamanı bir neçə halda nöqsanlara yol verilmiş, bu, gəlir vergisinin düzgün hesablanaraq tutulmaması, habelə mükafatların məbləğinin, eləcə də istifadə edilməmiş məzuniyyət günlərinə görə artıq hesablanması hallarını əhatə etmiş və 13,3 min manat təşkil etmişdir.


Universitetin hesablanmış gəlirlərinin icrasına təsir edən əsas amil təhsil haqqı, eləcə də kredit haqlarının tam reallaşdırılmaması olmuş, bu istiqamətlərdə formalaşmış debitor borclar xarici tələbələrlə yanaşı yerli tələbələri, həmçinin doktorantları əhatə etmişdir.

Qeyd edək ki, ödənişli təhsil üzrə gəlirlərin əsas hissəsi bakalavr səviyyəsində təhsil alanlar hesabına formalaşmış, yerli və xarici tələbələrlə ödənişli təhsil xidmətinin göstərilməsinə dair bağlanmış müqavilələrin şərtlərinin tam yerinə yetirilməməsi səbəbindən ümumilikdə 2522,8 min manat təhsil haqq üzrə debitor borc yaranmış, bu məbləğ 2024-cü ilin əvvəlinə olan debitor borcun 23,2%-ni təşkil etmişdir.

Eləcə də, elmlər doktorluğu və fəlsəfə doktorluğu proqramı üzrə qəbul olunmuş dissertantların arasında Universitetin əməkdaşı olmayan dissertantların da düzgün olmayaraq, Universitetin hesabına təhsil alması nəticəsində cəmi 62 dissertanta görə 76,8 min manat, ləğv edilmiş elm müəssisəsində təhsil alan dissertantların Elm və Təhsil Nazirliyinin (Nazirlik) məktubuna əsasən Universitet hesabına təhsil alması səbəbindən ümumilikdə 100,5 min manat təhsil haqqının alınması təmin edilməmişdir.

Universitetdə təhsil alanların tədris illərinin müvafiq semestrlərində aralıq və cari qiymətləndirilmənin nəticələrinə görə yaranmış kredit haqları üzrə debitor borcları 01 yanvar 2022-ci ilin əvvəlinə nisbətən 01 yanvar 2024-cü il tarixinə 13,7% artaraq 1939,0 min manat təşkil etmişdir.

Təhsil haqqının və təqaüdlərin maliyyələşdirilməsi istiqamətində ayrılmış dövlət vəsaitlərinin icrası prosesində yol verilmiş nöqsanlar nəticəsində formalaşmış məbləğ bu istiqamətdə cəmi xərclərin tərkibində əhəmiyyətli təsirə malik olmamış, dövlət sifarişi əsasında maliyyələşdirilməsi müvəqqəti olaraq dayandırılan tələbələr üzrə təhsil xərcinə görə cəmi 27 halda 15,2 min manat, auditlə əhatə edilən dövrdə xaric olunmuş dövlət sifarişli tələbələrin yerinə ödənişli əsaslarla təhsilalan tələbələr yerləşdirilmədiyi halda 133 tələbə üzrə 188,8 min manat vəsait büdcəyə qaytarılmamışdır.

Qeyd edilməlidir ki, Universitetdə tələbələrə hesablanmış təqaüd məbləği üzrə Nazirliyin 272,1 min manat kreditor borc qalığı mövcud olmuş, təqaüd məbləğinin və əlavələrin düzgün müəyyənləşdirilməməsi səbəbindən 1,0 min manat, müxtəlif səbəblərdən xaric edilən dövlət sifarişli tələbələrə görə azalmış təqaüd yerlərinin nəzərə alınmaması nəticəsində artıq müəyyən edilmiş təqaüd yerlərinə görə ümumilikdə 40 halda 9,5 min manat vəsait artıq ödənilmişdir.

Dövlət ehtiyaclarının təmin edilməsi istiqamətində satınalma planlarının tərtibi ilə bağlı tələb olunan müddətlərə əsasən riayət edilsə də, planlaşdırılmanın əsaslı həyata keçirilməməsi nəticəsində nəzərdə tutulmuş və həyata keçirilmiş satınalmaların sayı fərqli olmuş, müsabiqəli satınalmaların məbləğ ifadəsində payının yüksək olması fonunda 2023-cü ildə 2022-ci illə münasibətdə say ifadəsində daha çox müsabiqəsiz (bir mənbədən satınalmanın həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti qurumundan verilmiş razılıq məktubları əsasında) satınalmalara üstünlük verilmişdir.

Keçirilmiş satınalmalar (bir mənbədən satınalma) əsasən konfrans və tədbirlərin keçirilməsini, eləcə də internet və proqram təminatı kimi xidmətlərin alınmasını əhatə etmişdir.

Tələbatın müəyyənləşdirilməsinin Universitet tərəfindən əsaslı şəkildə aparılmaması anbar qalığının artımına, bəzi hallarda isə funksiya və səlahiyyətlərinin yerinə yetirilməsi üçün zəruri olan ehtiyaclarının düzgün müəyyən edilməməsi satınalma müqavilələrinin tam olaraq icra edilməməsinə şərait yaratmışdır.


Ehtimal olunan qiymətlərin hesablanılması hüquqi aktların tələblərinə tam əməl edilməyərək bir mənbədən satınalmalara tətbiq olunmamış, bu, bir neçə halda daha qənaətli istifadə imkanlarını məhdudlaşdırmışdır.


Elm və təhsil müəssisəsi olaraq Universitetin Strateji İnkişaf Planının (SİP) və Tədbirlər Planının hazırlanması sahəsində bir sıra uyğunsuzluqlar və boşluqlar müəyyən edilmişdir. Belə ki, SİP-də məqsədlərin aydın əks olunmaması, bu plan və fəaliyyət planında əlaqələndiricilərin müəyyənləşdirilməməsi, icraçıların konkretləşdirilməməsi, eləcə də hədəf indikatorlarının dəqiq göstəricilərlə ifadə olunmaması və zəruri resursların ətraflı əks olunmaması hesabatlılığının təmin edilməsində, əldə edilmiş nəticələrin kəmiyyət və keyfiyyət baxımından qiymətləndirilməsində, həmçinin aralıq qiymətləndirmələrin aparılması ilə SİP-in yenilənməsi istiqamətində əsaslı riskləri formalaşdırmışdır.

Həm SİP-in, həm də Fəaliyyət Planının icrası zamanı qarşıya çıxa biləcək əsas risk faktorları və onların təsirlərinin aradan qaldırılması məqsədilə həyata keçirilməli olan tədbirlər planda tam əks etdirilməmiş, Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin zəruriliyi isə ətraflı əsaslandırılmamışdır.

Həmçinin, SİP-də müasir çağırışlara uyğun olaraq imtahan nəticələrinin elektronlaşdırılması barədə müddəalar yer almamış, bu məsələ Universitet üçün prioritet hesab edilməmişdir ki, bu da son nəticədə fəaliyyətin monitorinqi və qənaətli yanaşmanın tətbiqinə mane olmuş, başqa sözlə elektronlaşmanın tətbiq olunmaması istifadə edilən onlayn tədris platformasının nisbətən daha yüksək qiymətlərlə əldə edilməsinə səbəb olmuşdur.

Qeyd edilənlərlə yanaşı “mövcud potensial və hədəf” uyğunluğunun əsaslı qiymətləndirilməməsi SİP-də, xüsusilə, beynəlmiləlləşmə istiqamətində bəzi fəaliyyətlərin tam icra edilməməsi ilə nəticələnmiş, Universitetin 2023-cü ildə keçirilmiş akkreditasiyasına dair Yekun Hesabatda göstərilən tövsiyə və göstərişlərin icrasının təmin edilməsi məqsədilə 2023/2024 - 2027/2028-ci tədris illəri ərzində icra ediləcək tədbirlərə dair Fəaliyyət Planında əks olunmuş 34 tövsiyədən 2023/2024-cü tədris illərinə aid olmuş 14-nün icrası auditlə əhatə olunan dövrdə tam təmin edilməmişdir.

Birdən çox fərqli rəsmi internet səhifəsinin yaradılması və aktiv olması, eləcə də həmin saytlarda funksional fəaliyyət üzrə məlumatların bəzi hallarda təqdim edilməməsi və yenilənməməsi “Tələbə-Universitet” əlaqələrinin, həmçinin elmi-tədqiqat və tədris müəssisəsi kimi məlumatlara əlçatanlığın çevik təmin edilməsi istiqamətində müəyyən məhdudiyyətləri formalaşdırmışdır.

Ümumiyyətlə, Universitetin universitetdaxili kommunikasiyanın, informasiya təminatının təşkil edilməsi, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin universitetin elm, təhsil, sosial, iqtisadi-təsərrüfat fəaliyyəti, beynəlxalq əlaqələri haqqında operativ və əhatəli məlumatlandırılması, informasiya ilə təmin edilməsi işinin inkişaf etdirilməsinin ümumi yanaşmalarını, əsas prinsiplərini və mexanizmini əks etdirən Kommunikasiya Strategiyası da bir sıra nöqsanlara malik olmuşdur.

Strategiyada Universitetin struktur bölmələri arasında daxili kommunikasiya sisteminin qurulması məqsəd kimi müəyyən edilsə də, struktur bölmələri bir-biri ilə əlaqələndirən vahid mərkəzləşdirilmiş universitetdaxili elektron sistem olmamışdır.

Universitet tərəfindən 2023-cü ildə müəllimlərin vəzifə maaşı kimi müəyyən olunmuş məbləğ Dövlət Statistika Komitəsinin 2022-ci il üçün elan etdiyi ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının məbləğinə bərabər olmuş, bu zaman 2023-cü il üçün dinamika nəzərə alınmamışdır.


Universitetin müəllim-professor heyətinin əməyinin ödənişi ilə bağlı tətbiq edilən bu yanaşma son nəticədə elmi və pedaqoji fəaliyyətin motivə olunması istiqamətində müəyyən risklər yaratmışdır.


Əməyin saathesabı ödənişi sistemi də düzgün təşkil edilməmiş, prosesin bütün mərhələlərində nöqsanlara yol verilmişdir. Belə ki, saathesabı qaydada dərs deyən şəxslərlə Universitet arasındakı münasibətlər hər hansı formada tənzimlənməmiş, onlarla əmək müqaviləsi bağlanmamışdır.

Bir sıra kafedraların professor-müəllim heyətinin tərkibində elmi adı və dərəcəsi olan əməkdaş çalışmamış, ümumi kafedra sayının 81,0%-ində cəmi mühazirə saatlarının 27,6%-i, xüsusilə bakalavr pilləsini əhatə etməklə, saathesabı ödəniş əsasında elmi adı və elmi dərəcəsi olmayan əməkdaşlar tərəfindən tədris edilmişdir.

Dərs yükü normalarına əməl olunmaması, bir sıra hallarda xüsusilə elmi vəzifəsi və dərəcəsi olan müəllim heyətinin dərs yükündə auditoriya saatlarının az nəzərdə tutulması dərslərin keyfiyyətinə təsir edən risk amilləri olaraq qiymətləndirilmişdir.

01 yanvar 2024-cü il tarixinə Universitetin professor-müəllim heyətinin orta yaşının ölkə üzrə kişilərin təqaüd yaşından 8,2 il, qadınların təqaüd yaşından isə 9,7 il az olmasını və ölkədə aparılan pensiya islahatı ilə əlaqədar 01.07.2025-ci il tarixində fərqin hər iki cins üzrə bərabərləşəcəyi, həmçinin bir sıra kafedralarda əksər əməkdaşların təqaüd yaşında olması, professor və dosent heyətinin yaxın illərdə təqaüd yaşına çatacağı diqqətə alındıqda gələcəkdə Universitetin kadr təminatında hal-hazırda müşahidə edilən meyillərin daha da güclənəcəyi ilə bağlı risklər böyükdür.

Universitetin Strateji İnkişaf Planında tədris-təlim prosesinin modernləşdirilməsi məqsədilə akademik heyətin iş vərdişlərini və işə yanaşma tərzini təkmilləşdirmək üçün yeni stimullaşdırma (mükafatlandırma) və imtiyazlar proqramının hazırlanması, tətbiqi və bu proqramların genişləndirilməsi nəzərdə tutulsa da, auditlə əhatə olunan dövrdə bu istiqamətdə müvafiq sənəd qəbul edilməmişdir.

Azərbaycan dilində dərs vəsaiti ilə təminat səviyyəsinin nisbətən aşağı olması, tədrisdə istifadə edilən kompüterlərin sayının tələbə sayına nisbətinin normadan aşağı olması və əsasən müasir kompüter və laboratoriya avadanlıqları ilə təchizatın zəruri səviyyədə olmaması, eləcə də tədris-təcrübə bazalarının səmərəli istifadə edilməməsi tədris və təcrübə fəaliyyətini, son nəticədə isə müasir çağırışlara cavab verən metodların tətbiqi və praktiki biliklərin təqdim olunması imkanlarını məhdudlaşdırmışdır.

Universitetdə imtahan nəticələrinin elektronlaşdırılmaması səbəbindən imtahanların nəticələrinin təhlili yalnız 2014-cü ildən etibarən kağız üzərində aparılmış qeydiyyatın sonradan mexaniki üsulla elektron formata keçirilməsi nəticəsində mümkün olmuşdur.

Bir sıra fakültələrdə fərqli kurslarda dövlət sifarişi ilə təhsil alanlar arasında müvəffəqiyyət və keyfiyyət göstəriciləri qənaətbəxş olmamışdır. Belə ki, 2021/2022-ci tədris ilinin qış və yay imtahan sessiyaları üzrə toplanmış məlumatlara görə 9 fakültə üzrə müvəffəq qiymət alanların xüsusi çəkisi (müvəffəqiyyət göstəricisi) 75,0% və daha az, eləcə də, imtahan nəticələri 71 baldan yüksək olanların (keyfiyyət göstəricisi) xüsusi çəkisi 20,0% və daha az olmuşdur.

Həmçinin onlar arasında ümumi orta müvəffəqiyyət göstəriciləri (ÜOMG) aşağı olan fakültələr də olmuşdur. Ayrı-ayrı tədris illər və sessiyalar üzrə tələbələrin göstəriciləri aşağı olan fakültələr, demək olar ki, eyni olmuşdur. Müvəffəqiyyət və keyfiyyət göstəriciləri ödənişli təhsil alanlar arasında xüsusilə aşağı səviyyədə davranış nümayiş etdirmişdir.

Sorğu aparılmış professor-müəllim heyətinin 55,2%-i bakalavr səviyyəsinə qəbul olan tələbələrin bilik səviyyəsindən razılığını bildirmiş, eynilə tələbələr arasında keçirilən sorğuda tələbələrin böyük çoxluğu, 82,0%-i, ixtisas fənləri üzrə professor-müəllim heyətinin biliklərindən razı qaldıqlarını ifadə etsə də, qeyri-ixtisas fənləri üzrə bu göstərici bir qədər aşağı olmaqla 66,4% təşkil etmişdir.

Bununla yanaşı, bəzi fakültələr üzrə professor-müəllim heyətinin bilik və tədris metodlarından razı qalmayan tələblərin xüsusi çəkisi daha yüksək olmuşdur.

Elmi-tədqiqat fəaliyyəti bu sahədə müəyyən edilmiş vəzifələrin qismən icrası ilə həyata keçirilmiş, maddi-texniki bazanın ehtiyaclar və müasir tələblər əsasında qurulması tam təmin edilməmiş, qeyd edilənlər və eyni zamanda, istehsalata tətbiq edilən elmi-tədqiqat işlərinin olmaması, humanitar və sosial elm sahələri üzrə elmi işlərin əsasən yerli jurnallarda çap edilməsi ilə nəticələnmişdir.


Ümumiyyətlə, Universitetin nəzdində 5 yataqxana mövcud olsa da, onlardan yalnız biri 1 nömrəli yataqxana – “Tələbə evi” fəaliyyət göstərir. Qeyd edək ki, digər yataqxana binaları uzun illərdir ki, fəaliyyət göstərmir və qəzalı vəziyyətdədir.


Yataqxanalar faktiki olaraq yataqxana fəaliyyəti göstərməsələr də, Universitetin yataqxanalarının idarəolunmasını həyata keçirən Tələbə şəhərciyinin, Tələbə evi istisna olmaqla, 14 əməkdaşı üzrə 2022-ci ildə hesablanıb ödənilmiş əmək haqqı bütün məcburi ödənişlərlə birgə 143791,1 manat, 2023-cü ildə isə 135487,5 manat təşkil etmişdir. Yataqxanalarda yerləşdirilmə qaydaları əlçatan olmamış, həmçinin tələbə yerləşdirilməsi üzrə mövcud potensialdan istifadə edilməmişdir.

“Tələbə evi” üzrə gəlirlər auditlə əhatə olunan dövrdə 203,8 min manat, onun saxlanması üçün çəkilən xərclər isə 664,3 min manat təşkil etmiş, faktiki olaraq bu yataqxana üzrə xərclərin yalnız 30,7%-i həcmində gəlir əldə olunmuş, əldə edilən hər 1,0 manata qarşı 3,3 manat xərc çəkilmişdir.

Asudə vaxtın təşkili istiqamətində idman sahələrinin nisbətən az olması və səmərəli istifadə edilməməsi tələbələrin idmana cəlb olunma səviyyəsinin aşağı olmasına şərait yaratmış, birgə fəaliyyət çərçivəsində idarə olunan yeməkxanalarda satılan bəzi məhsulların pərakəndə satış qiymətlərinin orta bazar qiymətlərindən nisbətən yüksək olması müşahidə edilmişdir.

Elmi kitabxanalara müraciət sayının və kitabxanalardan istifadə səviyyəsinin qənaətbəxş hesab edilməsi fonunda oxu zallarının tutumunun normadan aşağı olması bu göstəricilərin yüksəlməsini məhdudlaşdırmışdır.

Məzunlarla və onların karyera inkişafları ilə bağlı məlumatların toplanması və təhlili işinin müntəzəm olmaması səbəbindən bu fəaliyyət strateji qərarların qəbuluna təsir etməmiş, həyata keçirilmiş bu tədbirlər çərçivəsində “ixtisas-iş yeri” uyğunluğu, eləcə də keçirilən əmək yarmarkalarının tələbələrin işlə təmin olunma imkanlarına təsiri qiymətləndirilməmişdir.


Daxili nəzarət mühitinin zəif təşkil edilməsi və Universitetin strukturunda mövcud olan, lakin auditlə əhatə olunan dövrün sonunadək Daxili audit şöbəsinin təşkili və fəaliyyətinin təmin olunmaması nəzarət fəaliyyətinin də təşkilinə öz mənfi təsirini göstərmişdir.


Hesablama Palatasının Kollegiyası auditor hesabatını təsdiq edərək, Bakı Dövlət Universiteti tərəfindən xaric edilmiş təhsilalanlar üzrə 188,8 min manat, akademik məzuniyyət götürmüş və təhsilini dayandırmış təhsilalanlar üzrə 15,2 min manat və əməkdaşların aylıq gəlirindən az hesablanmış gəlir vergisinin dövlət büdcəsinə bərpa edilməsinin, 2 saylı tədris korpusunun əsaslı təmiri ilə bağlı podratçıya artıq ödənilmiş 130,2 min manatın Universitetin 2024-cü il 1 iyun tarixinə podratçıya olan kreditor borcundan azaldılmasının nəzərə alınması, habelə artıq ödənilmiş məzuniyyət və təqaüd xərclərinin, aşkar edilmiş çatışmazlıqların bərpa edilməsi barədə qərar qəbul edilmişdir.
Yəqin ki,kifayət qədər fərq görürsünüz.Cavid Qurbanovun tulalarına 5-10 manat verib vaxtıilə MTN-də şampan butulkasına otuzdurulan Kəlbəcərli gədəsinin vasitəsi ilə UNEC rəhbərliyini gözdən salacağınızı düşünürsünüzsə yanılırsınız.Gəlin Babayevin etdiklərinə daha dərindən nəzər salaq.
Elçin Babayev əvvəllər Türk liseyi yerləşən binanı əsaslı təmir etmək adı ilə kosmetik təmir işlərinə başladı və 2019-cu ilin sentyabrında Təhsil nazirinin iştirakı ilə bu təmir edilən binanın açılışı lentini kəsdilər. Maliyyə sənədlərində isə Satınalma sənədlərinin 2020-ci ildə baş tutması göstərilir. Bu da Satınalmalar haqqında qanunun 445-1 maddəsinin 445-1.4.2 və 445-1.7 bəndlərinin kobudcasına pozulmasıdır. Təxmini hesablamalara görə həmin yataqxananın kosmetik təmiri( əslində başqa heç bir əsaslı iş görülməyib, divarlar, pilləkənlər, bünövrə olduğu kimi qalıb) ən çoxu 800 min manata başa gələ bilərdi, ancaq Elçin Babayev həmin işə nə az, nə azacıq 4,5 milyon manat pul sildirib. Halbuki, həmin pula iki elə yataqxana tikmək olardı. Bununla da Elçin Babayevin təmir işlərini görüb qurtardıqdan sonra onların sənədləşdirilməsi, tender, satınalma maxinasiyalarına start verildi. Pandemiya dövrü bitər-bitməz heç bir əsas olmadan 2 saylı tədris binasının əsaslı təmirinə başlanıldı və 2023-cü ildə bu 6-7 ay tələbələri, müəllimləri küçələrdə, onun-bunun qapısında qalan "qara taleli” bina təmir edilib qurtardı. Hamının təsdiq etdiyi kimi əsaslı heç bir dəyişiklik olmadığı halda bu "əldəqayrılma” təmirə 12 milyon manatdan artıq pul xərcləndi. Halbuki, bu təmirin maya dəyəri ən yaxşı halda 2-3 milyon manat ola bilərdi. Yenə də tender və satınalma sənədləri təmirdən sonra hazırlandı. Görəsən niyə??? Görəsən BDU-da "araşdırmalar” aparan Hesablama palatası bunları niyə qeydə almayıb?

Heç bir ehtiyac olmadığı halda 2023-cü ilin oktyabrında qazanxana sistemini təmir etmək adı altında universitetin müəllimlərinin əmək haqqından kəsərək (bu gün BDU-nun müəllimləri respublika ali məktəbləri arasında ən az əmək haqqı alan universitetlər sırasındadır, halbuki, təhsil haqqının yüksəkliyinə görə isə BDU birinci üçlükdədir) 2 milyondan artıq vəsaiti qazanxada "çıxdaş” etdi. 2024-cü ilin yanvar ayına kimi auditoriyaların əksəriyyəti istiliksiz qaldı, tələbələrin xeyli hissəsi müxtəlif yoluxucu xəstəliklərə tutuldu, dərslərdə palto, papaqla oturmaq adi hala çevrildi, universitetdə "ya isti ver, ya istefa” yazılmış vərəqələr paylandı, cənab Babayev isə düzgün nəticə çıxarmaq, istilik ya da istefa vermək əvəzinə, bu vərəqələri yayan tələbələrin "ovuna çıxdı”.

Satınalma haqqında qanunun tələbləri bir daha heç bir zərurət olmadığı halda universitetə 6 ədəd bahalı avtomobilin alınması zamanı pozuldu. Salonda hər birinin qiyməti 51 min manat olan avtomobillərə müəllimlərin "boğazından kəsərək” 300 min manatdan çox pul xərcləməyi bir yana, bu avtomobilləri 72 min manata qeydiyyatdan keçirilmişdir. Hazırda bu avtomobillərdən ikisi yalnız rektorun ailəsinə xidmət edir. Valideynlərin təhsilə ödədikləri vəsaitin hansı çətinliklərlə əmələ gəldiyini bilməyən Elçin Babayev qəpik-qəpik yığılan bu pulu sağa-sola, hara gəldi xərcləyir. Bir soruşan varmı ki, sənə bu haqqı kim verib?

Bu kimi maliyyə pozuntularını "araşdırılması” üçün universitetdə Hesablama palatası tərəfindən yoxlama aparılıb və bunların hamısı gizlədilib. Amma Hesablama palatası doğrudanmı yoxlama aparır? Universitetin dəhlizlərində gəzən söhbətlərdən məlum olur ki, Hesablama palatası Elçin Babayevin maliyyə fırıldaqlarını ört-basdır etmək məqsədilə ondan lazım olan məbləği alıbdır və 6 illik pozğuntulara baxmayaraq Elçin Babayevi "sudan quru çıxarıblar”.

Böyük bir universitetə rəhbərlik edən adamın puldan başqa heç bir duyğusu yoxdursa, Şamaxıda ulduzlara tamaşa edə-edə elm ulduzlarının parlaqlığından gözləri qamaşırsa, xırdaçılıq, cılız intriqalar öyrənirsə, daim intiqam hissi ilə yaşayırsa universitetin günahı nədir ki, 100 yaşında ona münəccim rəhbər qismət olub??? Bu münəccim də ancaq göydəki vəziyyəti bilir, yerdəki təhsildə nə xəbəri var axı?

Elçin Babayevin altdan-altdan gördüyü işlər, uğursuz kadr islahatları, naşılıqla oynadığı "oyunlar” Bakı Dövlət Universitetində dərin konfliktlər, inamsızlıqlar yaradıb. Bunu təbii də saymaq olar: 20 akademikin, 300 elmlər doktoru, professorun çalışdığı bir müəssisəyə yarımçıq elmlər namizədi başçılıq edəndə belə də olmalıdır.

Bazara çevirdiyi universitetdə semestr imtahanlarına da yeni qiymətlər qoyan Elçin Babayev əlavə təhsilə qəbulun "qara bazar” qiymətlərini də bir neçə dəfə artırıb, əvvəllər bura 6-7 minə daxil olmaq mümkün idisə, indi bu "məzənnə” fakültələrdən asılı olaraq 30-50 min manat arasındadır.

Bütün bu səbəblərdəndir ki, BDU son illərdə reytinqini xeyli itirmiş, 1980-ci illərin, 90-cı illərin əvvəllərində olan vəziyyət əmələ gəlmiş, "beyin axını” surətlənmiş, universitetdən digər ali məktəblərə, xarici ölkələrə çıxıb gedən müəllimlərin sayı xeyli artmışdır. 2018-ci ildə dünya universitetlərinin reytinq cədvəlində birinci beşyüzlükdə olan BDU indi heç minlikdə də deyil.Onu bunu şantaj etmək əvəzinə,BDU-da təhsili gücləndirsəniz yaxşı olar,çox hörmətli Elçin Babayev!!!
Müəllif:İlkxeber.net saytının baş redaktoru Çingiz Ağamalı
https://bakunews.az/tehsil/19510-rektorlar-arasinda-ntrqa-qzsr-elcn-babayev-unec-e-rektor-gelmek-steyr-.html



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
48 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...