Bir parça kağızla meriyaya müraciət edərdilər - Siyavuş Novruzdan açıqlama

Bir parça kağızla meriyaya müraciət edərdilər -

Yola saldığımız həftə həm ölkə mediasının, həm də sosial şəbəkələrin gündəmi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı oldu. Bir qrup şəxsin Bakıda “Cümhuriyyət gəzintisi”nə qadağa qoyulması, sonradan onların həbsi hakimiyyət əleyhinə tənqidlərə səbəb oldu.

Qeyd edək ki, Almaniyanın və Avropanın mümxtəlif şəhərlərində yaşayan azərbaycanlılar bu tipli tədbirləri problemsiz keçirə bildilər. Bəs görəsən, hər hansı bir siyasi tələbin əks olunmadığı, yalnız Azərbaycan bayrağını əldə tutub, yürüş etməyə niyə öz ölkəmizdə qadağa qoyuldu? Gundeminfo.az yazır ki, gununsesi.info-nun bununla bağlı sualını YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov cavablandırıb.

Azərbaycanda bu tipli tədbirlərin “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla tənzimləndiyini vurğulayan Siyavuş Novruzov bildirib ki, burada qanunsuz heç bir hal olmayıb: “Birinci növbədə hakimiyyəti o yürüşə qatılanların təhlükəsizliyi narahat edir. Bir parça kağızdır, yazıb meriayaya göndərmək olardı. Polis də həmin günü onların təhlükəsizliyini təmin edərdi. Yoxsa, kim harda istəsə bunu etsin, sonra bir təxribart yarananda hakimiyyət məsuliyyət daşıyacaq. Dünyadakı hadisələrə baxmaq lazımdır. Hətta o adamlar siyasi tələblər səsləndirsə belə, nə olasıdır ki? Mitinqlərə icazə verilir, tələblərini də həmişə səsləndirir. Ona görə də hakimiyyətin bundan hər hansı bir narahatlığı yoxdur”.

Aksiyaya cəhd edənlərin inzibati həbsinə gəlincə, YAP-çı deputat bildirib ki, onların polisə tabe olmamasına dair sosial şəbəkələrdə də görüntülər yayılıb: “Vətəndaşın borcudur ki, polisə tabe olsun. Orada hay-küy salmaq yersiz idi. Bir bu adamların aksiyasına görə, şəhərdə nəqliyyatın hərəkətina maneçilik törədilir. Başqa insanların da istirahət hüquqları var. Aksiya qanunla tənzimlənir və onlar da buna əməl etməli idilər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
721 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...