Prezident Goranboya 3 milyon manat ayırdı

Prezident Goranboya 3 milyon manat ayırdı

Prezident İlham Əliyev iyunun 5-də “Goranboy şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” sərəncam imzalayıb.

Virtualaz.org-un məlumatına görə, sərəncamda qeyd edilir ki, Goranboy şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 40 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Goranboy Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
686 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...