Lukaşenko: "Belarusla Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir"

 Lukaşenko: "Belarusla Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir"
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Azərbaycanla diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
"Report"un Belarus prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, təbrikdə iki ölkə arasında əlaqələrin çox yüksək səviyyədə olduğu qeyd edilib.
"Hər iki dövlət çoxtərəfli platformalarda bir-biri ilə faydalı şəkildə əməkdaşlıq edir, əsas beynəlxalq problemlərlə bağlı eyni mövqedən çıxış edirlər. Birgə səylər nəticəsində iqtisadi əməkdaşlığın möhkəm əsası qoyulub, sənaye sahəsində bir sıra layihələr icra olunur", - məktubda vurğulanıb.
Məktubda həmçinin qarşılıqlı etimada söykənən Belarus-Azərbaycan əlaqələrinin gələcəkdə də hər iki ölkənin rifahı naminə dinamik şəkildə inkişaf edəcəyi bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
632 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...