“Xaricdə təhsil alanlar 10 il dövlətinə xidmət etməlidir” — Millət vəkili

“Xaricdə təhsil alanlar 10 il dövlətinə xidmət etməlidir” —

“Bir neçə il əvvəl Təhsil haqqında qaun qəbul edilərkən hər kəsin marağı nəzərə alındı, vətəndaşlardan başqa. Nəticədə “kaşa” alındı. Hesab edirəm ki, qanun layihəsinə yenidən baxılmalıdır”. “Ölkə.Az” xəbər verir ki, bu sözləri millət vəkili Siyavuş Novruzov Təhsil haqqında qanuna edilən dəyişikliklərə münasibət bildirərkən deyib.

Millət vəkili elmi dərəcələrin verilməsi ilə bağlı da boşluqların olduğunu deyib. “Kimsə Kənd Təsərrüfatı üzrə müdaifə edib, Bakı Dövlət Universtitetində professor kimi işləmək istəyir. Bir az sosializm, bir az da kapitalizmdən götürmək doğru deyil”.

Millət vəkili dövlət vəsaiti hesabına xaricdə təhsil alanların geri qayıtmamasının da problem olduğunu deyib:

“Gənclərin xaricdə təhsili ilə bağlı cənab Prezident maliyyə vəsaiti ayrılıb. Bu vaxta qədər 3 mindən çox şəxs xaricdə təhsil alıb.Onların neçəsi ölkəyə qayıdıb? Bununla bağlı növbəti iclasda aydınlıq gətirilməsini xahiş edirəm.

Xaricdə tibb təhsili alanlar maaşın az olduğunu əsas gətirərək, Türkiyədə işləmək istəyir. Onlar dövlətin vergisi ilə oxuyublar, ona görə də geri qayıdıb, xalqa xidmət etməlidirlər. Hesab edirəm ki, növbəti dəfə xaricdə təhsillə bağlı proqram həyata keçirilərkən, bəzi şərtlər əlavə edilsin. Həmin şəxslərlə müqavilə bağlanarkən onların geri qayıdıb ən azı 10 il ölkədə işləməsi şərti əlavə edilsin.Onlara o diplom nə üçün verilib? Nə üçün aldıqları təhsili ölkənin rifahına sərf etmirlər?Onlara verilən sərmayəni ölkə üçün xərcləməlidirlər”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
81 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...