ATƏT-in 25 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana gələcək

ATƏT-in 25 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana gələcək

ATƏT-in 25 daimi nümayəndələrindən ibarət qrup 18-22 iyun tarixlərində Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək.
"Report" qrupun saytına istinadən xəbər verir ki, səfirlər hər üç ölkədə rəhbərlik və parlament, həmçinin vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcəklər.
Onlar yerlərdə reallıqlarla tanış olacaq və bu barədə yerli hakimiyyət nümayəndələrinə və səfər zamanı görüşəcəkləri şəxslərə məlumat verəcəklər.
Xüsusilə, səfərin məqsədi səfirlərin ATƏT-in hər üç ölkə ilə bağlı öhdəlikləri və prinsipləri ilə, həmçinin keçmiş, bu gün və potensial gələcəklə bağlı sabitlik, sülh və əmin-amanlığına dəstəyini bir daha təsdiq etməkdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
813 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...