ABŞ dövlət katibinin köməkçisi Bakıya gəlir

ABŞ dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə köməkçisi Tom Malinovski iki həftədən sonra Bakıya gəlməyi planlaşdırır. Səfərdə məqsəd Azərbaycanda insan hüquqları, demokratiya və vətəndaş cəmiyyətinin problemlərilə bağlı rəsmi Bakı ilə dialoqu bərpa etməkdir. Bu barədə "Turan"-a məlumatlı diplomatik mənbələrdən bəlli olub. Xatırladaq ki, dövlət katibinin digər köməkçisi Viktoriya Nulandın bu ilin fevlarında Bakıya səfəri zamanı ABŞ və Azərbaycan arasında bu məsələlərə dair dialoqun başlandığı elan edilib. Onu da qeyd edək ki, Vaşinqtondakı mənbələr Malinovskinin səfərinin detallarını açıqlamırlar.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1462 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...