Qırğızıstanın eks-prezidentinin başı üstündə korrupsiya pərləri hərlənir

Qırğızıstanın eks-prezidentinin başı üstündə korrupsiya pərləri hərlənir

Almazbek Atambayev Uqandaya helikopter verilməsi ilə bağlı maxinasiyada ittiham olunur
Qırğızıstanda keçmiş prezident Almaz Atambayevlə bağlı yeni korrupsiya qalmaqalı qopub.

Musavat.com “Kommersant” qəzetinə istinadən xəbər verir ki, iş Rusiya tərəfindən pulsuz verilən helikopterlərin qeyri-qanuni olaraq Uqandaya icarəyə verilməsi ilə bağlıdır.

Qırğızıstanın yeni hakimiyyəti işin üstünə gedəcəyini indidən bəyan edib.

Qəzetin yazdığına əsasən Qırğızıstan parlamentini deputatı, müxalif “Ata meken” fraksiyasının üzvü Kanıbek İmanaliyev və daha bir neçə deputat baş nazir Muhammetkalıem Əbdülqaziyevdən Uqandaya 4 helikopterin icarəyə verilməsi hadisəsinin ciddi surətdə araşdrılmasını tələb edib.

Deputatlar belə hesab edirlər ki, bununla bağlı böyük fırıldağa yol verilib və işin içində keçmiş prezident Almaz Atambayev və baş nazir Sapar İsakovun əli var.

Məqalədə məsələnin məğzi belə açıqlanır:

“2014-cü ildə Atambayev Uqandaya iki Mi-24B və iki Mi-8MTB helikopterlərin icarəyə verilməsi barədə sərəncam imzalayır. Bu helikopterlər Uqandaya Somalidəki hərbi missiya üçün lazımmış. Qırğız deputatların informasiyasına görə, sazişi birbaşa həmin vaxt prezident aparatının rəhbər müavini Sapar İsakov kurasiya edibmiş.

Sözügedən saziş 2014-cü ildən dekabrın 3-də Uqandanın müdafiə nazirliyi və “Qırğızkural” (Qirğız silahı kimi təcümə olunur) dövlət müəssisəsi arasında bağlanır.

Lakin Uqandadan icarə haqqının Qırğızıstann dövlət banklarından birinə deyil, Dubayda yerləşən “Sky Tech Trading Services FZE” və “Emirates Bank” adlı özəl banklara köçürmək tələb olunub.

2015-ci ilin avqustun 3-də Sapar İsakov Qırğzısıstan silahlı qüvvələrinin baş qərargah rəisi (hazırda sərəncama göndərilib –red.) məktub yazaraq layhənin praktiki icrasının olduqca çətin olduğunu bildirib.

Sazişlə bağlı ilk şübhə 2015-ci ildə büruzə verilib. Həmin vaxt müdafiə naziri Abibilla Kudayberdiyev prokurorluğa məktub yazıb. O, Uqanda hökuməti ilə imzalanan müqavilənin və pulların BƏƏ-dəki naməlum hesaba köçürülməsinin qanuniliyinin yoxlanılmasını istəyib. Müdafiə naziri bu sazişdən yalnız il yarım sonra xəbər tutduğunu bildirib.

Hərbi prokurorluq 2015-ci ilin avqustunda müqaviləni qeyri-qanuni olaraq imzalandığına qərar verib. Lakin Sapar İsakov baş qərargahdan Almazbek Atambayevin əmrlərinə sözsüz tabe olunmasını tələb edib.

Qeyd olunur ki, Sapar İsakov Almaz Atambayevin ən yaxın adamı hesab olunurdu. O, prezident seçkilərinə az bir müddət qalmış, 2017-ci ilin oktyabrında baş nazir təyin olunub. Eksperltərin rəyinə görə, Sapar İsakovun baş nazirliyi Almazbek Atambayevin hakimiyyətdə əsas söz sahibi olaraq qalmasının göstəricisi olmalı idi.

Lakin yeni prezident Sooronbay Jeenbekovun ilk işi Sapar İsakovdan və Atambayevin adamlarından qurtulmaq olub.
Bunun nəticəsində Sapar İsakov Çin tərəfindən istilik-elektrik mərkəzlərinin bərpası üçün verilən 380 milyon dollarlıq kreditin 200 milyonunun təyinatına uyğun olmayaraq xərclənməsi şübhəsi ilə həbs edilib. Məlum olub ki, iş olduqca keyfiyyətsiz görülüb. İstilik-elektrik mərkəzləri isə 30 dərəcə istidə belə sıradan çıxırmış.

İsakovdan başqa Atambayevin digər yaxın adamları - paytaxt Bişkekin keçmiş meri Kuvanıçbek Kulmatov, keçmiş iqtidar parityası- Sosial-demokrat partiyasının idarə heyətinin üzvü Osmonbek Artıkbayev, milli enerji holdinqinin direktoru Aybek Kaliyev və digər yüksək mənsəbli məmurlar da eyni aqibətlə üzləşiblər.


Qırğızıstanın eks-prezidentinin başı üstündə korrupsiya pərləri hərlənir
Qırğızıstanın eks-prezidentinin başı üstündə korrupsiya pərləri hərlənir
Qırğızıstanın eks-prezidentinin başı üstündə korrupsiya pərləri hərlənir



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
851 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...