Ərdoğan: “Türkiyə bütün dünyaya demokratiya dərsi verdi”

Ərdoğan: “Türkiyə bütün dünyaya demokratiya dərsi verdi”
Türkiyə bütün dünyaya demokratiya dərsi verdi.

APA-nın "Anadolu"ya istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

"Türkiyə xalqı öz demokratik hüququndan istifadə edərək, səsvermədə iştirak etdi. Türkiyə bütün dünyaya demokratiya dərsi verdi. 90 faizlik seçici fəallığı çox vacib amildir. Millətimiz mənə, partiyamıza və ittifaqımıza etimad göstərib. Bu etimada görə millətimə təşəkkür edirəm. Ümid edirəm ki, heç kim məğlubiyyətini seçkilərin demokratik keçmədiyini deməklə, ört-basdır etməyə çalışmayacaq. Artıq bütün siyası polemikaları kənarda qoymaq və Türkiyə xalqının rifahı naminə birgə fəaliyyət göstərmək vaxtı gəlib”, deyə R.T.Ərdoğan bildirib.

Ərdoğan həmçinin bildirib ki, ölkədə bütün sahələrdə islahatlar davam etdiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
758 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...