Mehriban Əliyevanın köməkçilərinin sayı ARTIRILDI

Mehriban Əliyevanın köməkçilərinin sayı

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırılıb. Gundeminfo-nun məlumatına görə, bu, prezident İlham Əliyevin "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli 2922 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə” sərəncamda əksini tapıb.

Dəyişikliyə əsasən, Birinci vitse-prezidentin köməkçilərinin sayı 5-dən 6-ya qaldırılıb. Birinci vitse-prezidentin işlərinin təminatı sektorunda isə işçi ştatının sayı 9 ştatdan 14 ştata qədər artırılıb. Qeyd edək ki, hələlik Birinci vitse-prezidentin 4 köməkçisi təyin edilib. Bunlar Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
661 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...