Bakıda tarixi sülh danışıqları başladı - Əfqanıstan rəsmiləri və “Taliban” eyni masada

Bakıda tarixi sülh danışıqları başladı -

Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun iclası başlayıb.

Gundeminfo.az Report-a istinadən xəbər verir ki, toplantıda Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov, Beynəlxalq Təmas Qrupuna üzv olan ölkələrin və beynəlxalq təşkilatların 90-na yaxın nümayəndəsi iştirak edir.

Eyni zamanda Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də tədbirə qatılmaq üçün Bakıya gəliblər.

İclasda Əfqanıstanın və yerləşdiyi regionun inkişafına töhfə verilməsi məsələsinə dair müzakirələr aparılır.

Qeyd edək ki, Beynəlxalq Təmas Qrupu 2009-cu ildə yaradılıb və Azərbaycan Respublikası daxil olmaqla, 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur.

Əfqanıstanla birlikdə Almaniya Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir.

Xatırladaq ki, Azərbaycan Respublikası Əfqanıstan ilə bağlı bir sıra beynəlxalq və regional formatlarda iştirak edir və bu ölkədə sülh, sabitlik və inkişafın təmin edilməsinə öz töhfəsini verir. 2017-ci ilin dekabrın 1-də Azərbaycanın Əfqanıstanla birlikdə həmsədrliyi çərçivəsində "Asiyanın ürəyi- İstanbul Prosesi”nin yeddinci nazirlər iclası da Bakıda keçirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
640 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...