Ərdoğan Türkiyədə fövqəladə rejimi ləğv edir

Ərdoğan Türkiyədə fövqəladə rejimi ləğv edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı ölkədə fövqəladə rejimin müddətinin uzadılmaması qərarına gəliblər.

Bununla bağlı “Daily Sabah” nəşri məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Nəşrin məlumatına görə, razılaşma Ərdoğan və Baxçalı arasında Ankaradakı prezident sarayında keçirilən görüşdə əldə olunub.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət 2016-cı il iyunun 15-i hərbi çevrilişə cəhddən sonra iyunun 21-dən tətbiq olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
677 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...