Mübariz Qurbanlı: “Ölkədə qarşıdurma yaratmaq istəyənlər dindən istifadə edirlər”

Mübariz Qurbanlı: “Ölkədə qarşıdurma yaratmaq istəyənlər dindən istifadə edirlər”

“Gəncədəki din adı altında baş vermiş hadisə əvvəldən təşkil olunmuş terror hadisəsidir və bunu təşkil edənlərin məqsədi Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaqdır”.

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, ölkədə qarşıdurma yaratmaq istəyənlər dindən istifadə edirlər: “Bununla onlar dini də təhrif edirlər".

Komitə sədri qeyd edib ki, Azərbaycan güclü dövlətdir və bu cür təxribatların öz məqsədinə çatmasına imkan verməyəcək: "Gəncədəki hadisənin dinə aidiyyəti yoxdur. Bumunla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır, saxlanılanlar var və tezliklə hadisənin arxasında dayanan daxili-xarici qüvvələr ifşa edilib, ictimaiyyətə elan olunacaq. Hadisəni törədəni dəstəkləyənlərə nəzər yetirdikdə - hansı ki onlar hətta Ermənistanda oturaraq Azərbaycan əleyhinə təbliğat aparanlardır - o zaman məsələ aydın olur. Bu, ölkəmizə qarşı terror hadisəsidir”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
31 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...