"Bakıda sərin otaqda, kompüter arxasında oturub belə şeylər yazmaq ən asan şeydir" - Deputatdan SƏRT REAKSİYA

"Bakıda sərin otaqda, kompüter arxasında oturub belə şeylər yazmaq ən asan şeydir" -

“Onlar cəbhə xəttində yaşamırlar və Ermənistan silahlı qüvvələrinin atəşinə hər gün məruz qalmırlar”. Bu fikirləri Yenicag.az-a açıqlamasında iyulun 10-da Gəncədə baş vermiş qanlı təxribatın arxasında Ermənistan xüsusi xidmət orqanlarının dayanmasına dair rəsmi versiyalara skeptik yanaşmalara münasibət bildirən Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputatı Aydın Mirzəzadə deyib.

Aydın Mirzəzadənin sözlərinə görə, məlum Gəncə hadisələrində Ermənistanın əlinin olmasına şübhə ilə yanaşanlar işğalçı ölkənin zərbələrinə məruz qalmayanlardır: “Bu məsələdə mübahisəli məqam görənlərin qardaşlarını Gəncə hadisələri zamanı öldürməyiblər. Belə düşünən insanların yaxınları Qarabağ döyüşlərində şəhid olmayıblar.

Onlar cəbhə xəttində yaşamırlar və Ermənistan silahlı qüvvələrinin atəşinə hər gün məruz qalmırlar. Bakıda sərin otaqda, kompüter arxasında oturub belə şeylər yazmaq ən asan şeydir.

Ölkənin hüquq-mühafizə orqanları Azərbaycan dövlətini qoruyur, dövlətə qarşı yönələn bütün təhlükələri görür və bu barədə məlumat verirlər. Kimin inanıb-inanmamağı artıq onun öz işidir. Ancaq mən qətiyyən istəməzdim ki, bir gün bu ağır hadisələr indi iztehzalı fikirlər yazan insanların başına gəlsin”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
781 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...