Deputat: Qadın mollaların 80-90 faizi məclislərdə cahillik aşılayırlar

Azərbaycanda ziyalı, İslam dinini gözəl bilən, savadlı qadın mollalara ehtiyac var.
Deputat: Qadın mollaların 80-90 faizi məclislərdə cahillik aşılayırlar

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova "Dini mərasimlər: ənənəvilik və müasirlik" mövzusunda keçirilən seminar-müşavirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, din işçisi yalnız kişilər olmalı deyil: "Təhsilli, İslamı bilən qadın mollalara ehtiyac var. Onlar məscidlərə rəsmi təyinat da ala bilərlər. Türkiyədə belə kadrlar var. Ümid edirəm ki, bizim də belə kadrlarımız olacaq".

E.Kərimova bildirib ki, bu gün Azərbaycanda qadın mollaların çoxu yas mərasimlərinə dəvət edildikdə yalnız xürafatı yayırlar: "Biz görürük ki, yas mərasimlərini heç bir dini təhsili, din barədə ətraflı məlumatı olmayan qadınlar aparırlar. Onlar hansısa ayini, mərsiyəni əzbərləyirlər, yaxşı ağlaşma qururlar. Belə qadınlar məclislərə dəvət edildikdə orada yalnız xürafat yayırlar. İnsanlar heç bir şəkildə maariflənmir".

E.Kərimova qeyd edib ki, yas mərasimlərində "Qurani-Kərim" oxuna bilər, islamın əsasları və dəyərləri təbliğ edilə bilər.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə deyib ki, qadın mollaların 80-90 faizi məclislərdə cahillik aşılayırlar: "Qadın mollalarla bağlı saf-cürük aparılmalıdır. Buna "Azərbaycan xalqının dəyəridir, olmaz" deyə etiraz edə bilərlər. Amma bunlar Azərbaycan xalqının dəyərləri deyil".

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
108 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...