Partiya sədrlərini Milli Məclisə ÇAĞIRDILAR
Bu gün Milli Məclisdə təmsil olunan partiya sədrləri və nümayəndələri ilə görüş keçirilir.
Bu barədə Modern.az-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə məlumat verib.
O bildirib ki, bu gün Milli Məclisin inzibati binasında parlamentdə təmsil olunan partiya sədrləri və nümayəndələri ilə görüş keçiriləcək.
Qeyd edək ki. Hazırda parlamentdə 12 siyasi partiya təmsil olunur. Bunlar aşağıdakılardır:
1. Yeni Azərbaycan Partiyası (sədr İlham Əliyev);
2. Vətəndaş Həmrəyliyi Partiyası (sədr Sabir Rüstəmxanlı);
3. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (sədr Qüdrət Həsənquliyev);
4. Demokratik İslahatlar Partiyası (sədr Asim Mollazadə);
5. Böyük Qurtuluş Partiyası (sədr Fazil Mustafa);
6. Milli Dirçəliş Hərəkatı Partiyası (sədr Fərəc Quliyev);
7. Ana Vətən Partiyası (sədr Fəzail Ağamalı);
8. Vətəndaş Birliyi Partiyası (sədr Sabir Haclıyev);
9. Azərbaycan Sosial Rifah Partiyası (sədr Xanhüseyn Kazımlı);
10. Vəhdət Partiyası (sədr Tahir Kərimli);
11. Azərbaycan Demokratik Maarifçilik Partiyası (sədr Elşən Musayev);
12. Azərbaycan Sosial Demokrat Partiyası (sədr Araz Əlizadə);
966 dəfə oxundu