Akif Çovdarovun işində adı keçən şəxs azadlığa buraxıldı

Akif Çovdarovun işində adı keçən şəxs azadlığa buraxıldı

Dələduzluqda təqsirləndirilən 1987-ci il təvəllüdlü Sahil Cahangirlinin və onun həmyaşıdı Anar Əşrəfovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti cəza) tədbiq edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, S.Cahangirli "Real" MTK-nın icraçı direktoru olub və A.Əşrəfov isə həmin MTK-da çalışıb. Onlar vətəndaşların etibarından sui-istifadə edərək əmlaklarını ələ keçirməkdə, MTK-ya məxsus mənzilləri ayrı-ayrı şəxslərə satmaqda ittiham edilirlər.

Xatırladaq ki, S.Cahangirli "Real" MTK-nın həbsdə olan rəhbəri İlham Qasımovun bacısı oğludur. İ.Qasımov da dələduzluqda təqsirli bilinib və 12 il müddətinə azadlıqdan məhrum edilib.

İ.Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir. Sahil Cahangirlinin də adı həmin işdə keçir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
727 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...