İstanbulda 1 may xofu: Taksimə giriş bağlandı

İstanbulda 1 may xofu: Taksimə giriş bağlandı

Türkiyədə gözlənilən 1 may yürüşləri ilə əlaqədar İstanbulda dəniz reysləri təxirə salınıb. Bu gün İstanbul metrosu da işləməyəcək.

Türkiyənin Həmkarlaq İttifaqları "1 May - Zəhmətkeşlərin Həmrəyliyi Günü" münasibətilə yürüş keçirmək və Taksim meydanında mitinq təşkil etmək üçün İstanbul bələdiyyəsinə müraciət edib, lakin şəhər rəhbərliyi onlara rədd cavabı verib. Cavabda Taksim meydanının bu cür tədbirlər üçün uyğun olmadığı bildirilib.

Polis artıq mitinq ehtimalı ilə əlaqədar Taksim meydanına giriş və çıxışı bağlayıb. Buna baxmayaraq əraziyə aksiya iştirakçıları toplaşmağa başlayıb (ANS PRESS).



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1279 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...