“Mehman aclığı dayandırmaqla bağlı akta imza atıb” - Rəsmi

“Mehman aclığı dayandırmaqla bağlı akta imza atıb” -

“Mehman Hüseynovun hazırda səhhətində problem yoxdur. O, qida və maye qəbul edir. Ümumiyyətlə isə, 2019- cu ildə aclıq elan etməyib”

Bunu “Qafqazinfo”ya açıqlamasında Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov deyib. O, bildirib ki, Mehman Hüseynov aclıq aksiyasını dayandırması ilə bağlı akta da imza atıb: “Onun xəstəxanaya aparılması ilə bağlı yayılan məlumatların da əsası yoxdur.

Vəkilləri ilə görüşür, ailə üzvləri ilə telefonda əlaqə saxlayır”.

Xidmət rəsmisi əlavə edib ki, M.Hüseynov cəmi bir günlük aclıq aksiyası keçirib: “Aclıq aksiyası elan etmişdi, səhəri gün yemək yeməyə başladı”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
632 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...