Hüquq müdafiəçiləri həbsdə olan Mehman Hüseynovla görüşdü – FOTO

Hüquq müdafiəçiləri həbsdə olan Mehman Hüseynovla görüşdü –

Prezident yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin koordinatoru Səadət Bənənyarlı, hüquq müdafiəçiləri Sahib Məmmədov və Rauf Zeyni həbsdə olan Mehman Hüseynovla görüşüb.

Strateq.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə onların birgə fotosu paylaşılıb.

Sahib Məmmədov M. Hüseynovun səhhəti və digər məsələlərlə bağlı yazılan şərhlərə cavab verməyib. Sadəcə, yazıb ki, foto bir saat əvvəl çəkilib.

Qeyd edək ki, 10 gündən artıqdır ki, M.Hüseynovun həbsxanada aclıq etdiyi iddia olunurdu. Penitensiar Xidmət isə bu iddiaları təkzib edən bir neçə açqılama yayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
750 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...