Ağ Ev Pentaqondan İrana zərbə endirməsini istəyib - Qərb mətbuatı

Ağ Ev Pentaqondan İrana zərbə endirməsini istəyib -

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton keçən ilin sentyabrında Pentaqondan İrana zərbə endirməsini xahiş edib.

Musavat.com-un məlumatına görə, bununla bağlı “The Wall Street Journal” (WSJ) qəzeti məlumat verib. Qəzetin verdiyi xəbərə əsasən, bu xahişə səbəb Bağdadda ABŞ-ın səfirliyinin yerləşdiyi məhəllədə minaatanlarla 3 partlayışın törədilməsi olub.

“Bu istək hər kəsi heyrətə saldı. İnsanlar tamamilə şokda idi. Bəzi adamların etinasız tərzdə İrana zərbə endirilməsini dilə gətirməsi ağlasığmazdır”, - deyə prezident administrasiyasının əməkdaşı qəzetə söyləyib.

“The Wall Street Journal”ın məlumatına görə, Pentaqon Milli Təhlükəszilik üzrə Şuranın xahişini nəzərə alıb. Lakin bundan ABŞ prezidenti Donald Trampın hansı dərəcədə məlumatlandırıldığı barədə xəbər verilməyib.

Qəzetdə yazılana əsasən, Con Boltonun istəyi ABŞ Silahlı Qüvvələrinin İranla bağlı “ciddi planlarından” xəbər verir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
536 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...