Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri arasında görüş keçirilib

Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri arasında görüş keçirilib

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin görüşü olub.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Ölkələrimizin həyata keçirdiyi mühüm qlobal layihələrin əhəmiyyəti qeyd edildi, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
632 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...