REAL müxalifətin 26 yanvar mitinqinə qatılmayacaq - BƏYANAT

REAL müxalifətin 26 yanvar mitinqinə qatılmayacaq -

REAL - Respublikaçı Alternativ Partiyası müxalifətin növbəti mitinqində iştirak etməyəcək.

“Report” xəbər verir ki, bu barədə partiya bəyanat yayıb. Bildirilib ki, yanvarın 19-da keçirilən mitinqdə REAL sədri İlqar Məmmədovun çıxışı partiyanın münasibətini cəmiyyətə yetərincə çatdırıb.

Qeyd olunub ki, növbəti mitinqdə iştirak edərək mövqeyin təkrarlanmasına indiki mərhələdə ehtiyac görülmür: “Buna baxmayaraq, sosial aktivliyin möhkəmləndirilməsi üçün çeşidli vasitələrlərdən istifadə edəcəyik”.

Xatırladaq ki, Milli Şura və bəzi siyasi partiyaların nümayəndələri yanvarın 26-da mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakmiyyətinə (BŞİH) müraciət edib. BŞİH hələlik müraciətə cavab verməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
630 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...