Parlamentin komissiyalarının yeni tərkibi təsdiq edildi - SİYAHI

Parlamentin komissiyalarının yeni tərkibi təsdiq edildi -

Azərbaycan Milli Məclisinin İntizam komissiyasının və Hesablayıcı komissiyasının yeni tərkibi təsdiq edilib.

Bununla bağlı məsələ parlamentin 2019-cu il yaz sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılıb.
İntizam Komissiyasının tərkibinə Ağacan Abıyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa ilə yanaşı, yeni üzvlər - Malik Həsənov, Sevinc Hüseynova, Hikmət Məmmədov, Pərvin Kazımzadə, Fəzail İbrahimli də daxil edilib.

Kamran Nəbizadə komissiyanın tərkibindən çıxarılıb. Xatırladaq ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, İntizam komissiyasının üzvlərinin sayı 7-dən 11-ə artırılıb. Qanunverici orqanın Hesablayıcı komissiyasının isə tərkibi dəyişməyib. Komissiyaya Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Xanhüseyn Kazımlı, Rafael Hüseynov, Zahid Oruc, Mixail Zabelin və Sədaqət Vəliyeva daxildir. (Report)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
599 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...