""Freedom House" azadlıq sözünü özünün adında daşısa da, qeyri-azaddır" - Vaqif Abdullayev

""Freedom House" azadlıq sözünü özünün adında daşısa da, qeyri-azaddır" -

... Azərbaycan dövlətinin, dövlət başçısı İlham Əliyevin yürütdüyü müstəqil qətiyyətli və bütün ölkələrlə bərabər hüquqa əsaslanan sülhpərvər siyasət dünyanı öz mənfəətlərinə görə dizayn etmək istəyən güc mərkəzlərini, Qərbin bəzi dairələrini narahat etməkdədir. Gundeminfo.az xəbər verir ki, bu sözləri Beyləqan rayon icra hakimiyyətinin sabiq başçısı Vaqif Abdullayev bildirib.

Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü olan sabiq icra başçısı daha sonra bildirib:

- ... Qərbin əlində oyuncağa və vasitəyə çevrilmiş, maliyyəsi ilə fəaliyyət göstərən bəzi beynəlxalq ictimai təşkilatlar, o cümlədən, özünü “hüquq müdafiəçisi” kimi təqdim edən “Freedom House” tərəfindən hazırlanan hesabatda da Azərbaycana qarşı qıcığı görmək olar.
... "Freedom House" bu cür qeyri-obyektiv rəyi ilə ölkəmizin prinsipial, əzmkar xarici siyasət yürütməsinə qarşı özünün qərəzli mövqeyini açıq-aşkar sərgiləyir.
... Bu cür hesabatlar kifayət qədər siyasiləşmiş və qərəzli olmaqla bərabər, konkret olaraq subyektiv rəyə əsaslanır, maliyyə qrantı, diqtə və sifariş əsasında hazırlanıb.
... İllərdir ki, bir milyondan artıq azərbaycanlının hüquqlarını total şəkildə pozan, onları qaçqın və məcburi köçkün həyatı yaşamağa vadar edən işğalçı Ermənistanın qeyri-demokratik və anti-humanist hərəkətlərinə göz yuman "Freedom House" bu mövqeyi ilə ədalət və hüququn aliliyi, demokratik dəyərlərin təmin edilməsi prinsiplərinə xəyanət etməkdədir.
... Bu cür hesabatlara Azərbaycan dövlətinin və xalqının mövqeyi birmənalı olaraq konkretdir: "Freedom House" azadlıq sözünü özünün adında daşısa da, qeyri-azaddır, müxtəlif dövlətlərin çirkin oyunlarının bir hissəsidir.
... Azərbaycan demokratik, sivil, dünyəvi dövlətdir və belə hesabatlar ölkəmizin nüfuzuna xələ gətirə bilməz.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
610 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...