"Bələdiyyələrin seçkilərə qədər sayı azaldılmalıdır" - Siyavuş Novruzov

"Bələdiyyələrin seçkilərə qədər sayı azaldılmalıdır" -

Bu gün ölkəmizdə bələdiyyələrin fəaliyyəti ilə bağlı kifayət qədər işlər görülür, nəzarət mexanizmi mövcuddur. Qanundan kənara çıxan bələdiyyələrlə bağlı ölçü götürülür. İldən-ilə bu proses daha da təkmilləşir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilməsi zamanı çıxış edərkən deyib.

O bildirib ki, artıq 15 ildən çoxdur ki, Azərbaycanda bələdiyyələr fəaliyyət göstərir: "Bələdiyyələrin özündə yeni baxış sistemi formalaşmalıdır. Bəziləri həddindən artıq səlahiyyət istəyir, bəziləri səlahiyyətləri yerinə yetirmir, başqa məqsədlər uğrunda iş aparır. Bələdiyyələr kifayət qədər təkmilləşmiş strukturdur və onlar öz təminatı ilə bağlı addımlar atmalıdırlar”.

S.Novruzov qeyd edib ki, bu gün bələdiyyə məktəbləri, bağçaları, iaşə obyektləri, klub və kinoteatrlar yoxdur: “Elə bələdiyyərlər var ki, onlara milyondan artıq subsidiya verilib. Onlar elektron kitabxana tikə, kompüter mərkəzləri aça bilərdi. Növbəti bələdiyyə seçkilərinə qədər bir neçə məsələ - onların saylarının azaldılması, bələdiyyə sədrlərinin seçkili olması və gəlir mexanizmləri hazırlanmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
633 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...