Makron yenə Ermənistana gələcək

Makron yenə Ermənistana gələcək

Fransa prezidenti Emmanuel Makron Ermənistana rəsmi səfər edəcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistanın vitse-prezidenti Mqer Qriqoryanla görüşündə Fransanın Yerevandakı səfiri Conatan Lakota deyib.

Səfirin sözlərinə görə, rəsmi Paris Ermənistanla ikitərəfli və çoxtərəfli formatda əlaqələrin daha da inkişafına hazırdır. Bu məqsədlə, bu günlərdə Fransa prezidenti Emmanuel Makron Yerevana rəsmi səfər etmək niyyətinin olduğunu bildirib. Lakin fransalı diplomat Makronun səfərinin dəqiq tarixi barədə məlumat verməyib.

Xatırladaq ki, Makron bundan əvvəl Ermənistanda 2018-ci ilin oktyabrında səfərdə olub.

Onu da qeyd edək ki, fevralın əvvəlində Erməni Təşkilatları Əlaqələndirmə Şurasının (CCAF) rəsmi qəbul naharında çıxş edən Emmanuel Makron seçkiqabağı kampaniyasında verdiyi vədlərdən birini yerinə yetirərək, 24 aprel tarixini “erməni soyqırımını anma günü” elan edib. Bununla da, hər il 24 aprel Fransada qondarma soyqırımın anım günü kimi qeyd ediləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
547 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...