Azərbaycan adambaşına səhiyyə xərclərinə görə hansı ölkələrə uduzur?

Azərbaycan adambaşına səhiyyə xərclərinə görə hansı ölkələrə uduzur?

Son 30 ildə aparılan tədqiqatlar göstərir ki, orta ömür uzünluğunun artımına çox müxtəlif amillər təsir göstərir. Amma ilk yerdə səhiyyə xərclərinin səviyyəsi gəlir.

Bu barədə Modern.az-a tanınmış iqtisadçı Rövşən Ağayev bildirib.
O, OECD ölkələri üzrə araşdırmaya istinadən deyib ki, adambaşına səhiyyə xərclərinin hər 10% artımı orta ömür uzunluğunu 3.6 ay uzadır:
“1970-2015-ci illərdə OECD üzrə orta hesabla ömür uzunluğu göstəricisi 12 ilə yaxın artıb. Bəzi ölkələrdə daha yüksək, məsələn, Cənubi Koreyada 19 ilə yaxın olub. Alıcılıq Qabiliyyəti Pariteti ilə OECD üzrə adambaşına illik səhiyə xərci son 25 ildə 1600 dollardan 3500 dollara qədər yüksəlib”.

Ekspert müqayisəli təhlil nəticəsində bu xərclərin Azərbaycanda çox aşağı olduğunu müəyyənləşdirib:
“Dünya Bankının son tədqiqatlarından çıxış etsək, Azərbaycanda əhalinin şəxsi büdcəsindən sağlamlığına çəkdiyi xərclərin adambaşına nominal məbləği 200, alıcılıq qabliyyəti pariteti ilə 450 dollara yaxındır. Yəni inkişaf etmiş ölkələrə nisbətən az qala 9 dəfə azdır.
Digər təsiredici amillər siqaret və alkoqollu içkilərdən imtina, hava çirkliliyinin və təhsilin səviyyəsidir. Məsələn, OECDin ən inişaf etmiş 25 ölkəsi üzrə 30 yaşında əhalinin hazırkı gözlənilən ömür uzunluğu göstəricisi orta təhslilli kişilərə nisəbətən ali təhsilli kişilərdə 7.1 il, qadınlarda isə 4.2 il yüksəkdir. Estoniyada bu fərq daha yüksəkdir - 8.7 ildir”.
R.Ağayev təəssüflə Azərbaycanda müqayisə üçün belə göstəricilərin açıq mənbələrdə olmadığını vurğulayıb:
“Ən maraqlısı, zənginlər özlərini daha sağlam və gümrah hiss edir. Aparılan sorğunun nəticəsi göstərir ki, OECD üzrə ən yüksək gəlirli 20%-ə aid olanların təxminən 80%-i, ən yoxsul 20%-ə aid olanların isə 59%-i özünü sağlam hesab edir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
620 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...