Rüstəm İbrahimbəyov Bakıya gəlişindən DANIŞDI: “Prezident Administrasiyasından zəng vurdular...”

Rüstəm İbrahimbəyov Bakıya gəlişindən DANIŞDI:

“Bakıya gəlişim hakimiyyətə iki yazılı müraciətimdən sonra baş tutdu. Həmin müraciətlərdə şəxsi xarakterli məsələlər qaldırmışdım. Söhbət Kinematoqrafçılar İttifaqı, onun üzvləri, bu yaradıcılıq birliyinin əmlakı və sənədlərindən gedir”.

Modern.az xəbər verir ki, bunu tanınmış kinodramaturq, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Turan-a müsahibəsində bildirib.
Rüstəm İbrahimbəyov deyib ki, o, hakimiyyətə öz müraciətlərində qeyd edib ki, vətəndaş mövqeyini dəyişmir, ancaq buna görə başqaları əziyyət çəkməməlidir.

R.İbrahimbəyov deyib ki, Kinematoqrafçılar İttifaqının onun tərəfdarlarına və əleyhdarlarına bölünməsini istəmir.

“İttifaqın qurultayını keçirmək, onun işini sahmana salmaq lazımdır. Adamlara yaradıcılıqıla məşğul olmağa şərait yaratmaq lazımdır".

R.İbrahimbəyov bildirib ki, hakimiyyətin ona iradları ola bilər, ancaq başlaqlarının əziyyət çəkməsindən narahatdır.

"Bu müraciətlərə cavab olaraq Prezident Administrasiyasından mənə telefon zəngi oldu və dedilər ki, gəl", - o əlavə edib.

Bakıda olduğu qısa müddətdə Rüstəm İbrahimbəyov həmkarları ilə görüşüb və vəziyyəti müzakirə edib.

"Növbəti qurultayı keçirmək və pozulmuş mülkiyyət hüquqlarını, əsasən Mingəçevirdə Yaradıcılıq Evini bərpa etmək, İttifaqın itirilmiş sənədlərini bərpa etmək lazımdır. Bizim bu məsələləri qanuni şəkildə, məhkəmə qaydasında həll etmək cəhdlərimiz indiyədək nəticə verməyib". O, bu məsələlərin nəhayət həll olunacağına ümid etdiyini bildirib.

"Mayda qurultay keçirməyi planlaşdırırıq. Buna qədər nəsə həll olunmalı, dəyişməlidir.
Siyasətə gəlincə, sadəcə, hamıya xatırlatmaq istəyirəm: bu gün hakimiyyət bizim Azərbaycan Ziyalılar Forumunda qaldırdığımız məsələlərin çoxunu qaldırır və həll edir...", - R.İbrahimbəyov söhbəti yekunlaşdırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
763 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...