“Birbaşa özüm Çeçenistanın rəhbərliyi ilə danışıqlar apardım” - ŞEYX

“Birbaşa özüm Çeçenistanın rəhbərliyi ilə danışıqlar apardım” -

Azərbaycanlılarla çeçenlər arasındakı insidentə bir neçə gündür ki, ən yüksək səviyyədə reaksiyalar verilməkdədir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə isə dünən məsələyə münasibət bildirərək nöqtə qoyub.
BakuPost xəbər verir ki, o, Real TV-yə açıqlamasında hər iki xalq arasında qardaşlıq münasibəti olduğunu qeyd edib:


"Prezident İlham Əliyevlə danışandan sonra vəziyyətin nə yerdə olduğunu anladım. Cənab prezident mənə bəzi göstərişlər verdi. Buna əsasən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə danışdım. Sonra birbaşa özüm Çeçenistanın rəhbərliyi ilə danışıqlar apardım. Həmin an Çeçenistan rəhbərliyi Dubayda idi, ölkənin muftisi isə İraqa uçurdu. Mən vəziyyətin bu şəkildə olmasını onlara deyəndə müəyyən məsələlərdən xəbərləri var idi. Onlara prezident İlham Əliyevin salamlarını çatdırdım və bu məsələdən narahat olduğunu bildirdim. Bundan sonra mufti İraqa uçanda hava limanından onu Qroznıya geri qaytardılar.

Ramzan öz əmisinin yanında məni qucaqlayıb "əmi” deyir. Əgər mən əmiyəmsə, hər iki xalqın nümayəndələrinə müraciət etməyə haqqım var. Bütün Qafqaz xalqı qardaş kimi olmalıdır”.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
642 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...