Azərbaycanlı deputatın bu müsahibəsi İranı silkələdi
Urmiyanın İran parlamentindəki millət vəkili Nadir Qazipurun jurnalistlərdən birinə müsahibəsi sosial şəbəkələrdə maraqla qarşılanıb.
Axar.az xəbər verir ki, onun müsahibəsini əks etdirən görüntülər sosial şəbəkələrdə, xüsusən Teleqramda minlərlə soydaşımız tərəfindən paylaşılıb.
Sözügedən müsahibəni təqdim edirik:
– “Traktor”, yoxsa “Traxtur”?
– Adı “Traktor”dur, amma biz “Traxtur” deyirik.
– Yaşasın İran!
– Yaşasın “Traxtur”!
– Siz parlamentdə demisiniz ki, “Traktor”un tərəfdarları “İstiqlal” və “Persepolis”in tərəfdarlarından daha çoxdur.
– Yenə də deyirəm, iki komanda arasında Tehranın özündə, Azadlıq meydanında keçiriləcək oyundan 5 saat öncə bizə xəbər verin, biz 200 min nəfərlə oranı dolduraq.
– Siz stadionu doldura bilərsiniz, amma bundan çox deyilsiniz ki!
– İranda biz 40 milyonuq. 40 milyon olmağımıza baxmayaraq, bizə televiziya kanalı verməmisiniz. Qəzet açmağımıza icazə yoxdur. Ana dili günüdür, biz bu günü əziz hesab edirik. Bu mövzuların davasını həmişə aparacağıq. Bütün İranda yayımlanacaq türk dilində bir kanalımızın açılmasına nail olacağıq.
756 dəfə oxundu