Gürcü Arzusu dağılır: İvanişvili deputatları partiyadan çıxarır

Gürcü Arzusu dağılır:

Gürcü Arzusu Partiyasından deputat Eka Beseliyadan sonra daha bir neçə nəfər çıxarılıb.

Axar.az xəbər verir ki, bu barədə İPN agentliyi özünün etibarlı mənbələrinə istinadən məlumat yayıb. Partiyadan qovulanlar arasında deputat Otar Çrdileli və digər daha bir neçə deputatın da olduğu vurğulanıb. Onların hamısı partiyadan Beseliyanın müəllifi olduğu hakimlərin təyinatının müvəqqəti dayandırılması haqqında qanun layihəsini dəstəkləməsinə görə qovublar.

Qeyd edək ki, Gürcü Arzusu Partiyasının təsisçilərindən olan Eka Beseliya dünən partiyadan ayrıldığını bildirib. Buna səbəb Beseliyanın 8 deputatla birgə hazırladığı qanun layihəsi olub. Parlamentdəki səsvermə zamanı isə qanun layihəsini ümumilikdə 15 deputat dəstəkləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
624 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...