AXCP-də sürpriz istefalar

AXCP-də sürpriz istefalar


Əli Kərimlinin sədri olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyasının növbəti qurultayının vaxtı bəlli olub. AXCP tənqidlərdən sonra sentyabrın 27-də qurultay keçirmək qərarını qəbul edib. Qurultayın keçirilib-keçirilməyəcəyi isə hələki sual altındadır.

AXCP qurultay eşqinə düşən vaxtda AzVision.az-a daxil olan bir məlumat Əli Kərimli və tərəfdarları üçün sözün əsl mənasında sürpriz olacaq. Razi Nurullayev cəbhəsində təmsil olunan mənbənin saytımıza bildirdiyinə görə, yaxın vaxtlarda Əli Kərimlinin AXCP-sində sürpriz istefalar olacaq. Mənbənin dediyinə görə, istefalar təkcə sıravi üzvləri əhatə etməyəcək. Razi Nurullayevin tərəfinə keçənlər arasında Əli Kərimlinin ən yaxın silahdaşları, hətta heç kəsin inanmayacağı müavinlərindən birinin də olacağı gözlənilir.

“Hazırda biz həmin şəxslərin adlarını açıqlamaq istəmirik. Danışıqlar gedir. Ancaq onu deyə bilərəm ki, heç kimin gözləmədəyi tanınmış partiya funksionerləri Razi Nurullayevin tərəfinə keçəcək. Əsl sürpriz adlar açıqlanandan sonra olacaq”-deyə mənbə bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1278 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...