Deputat: "Ombudsmana əlavə səlahiyyətlər verilməlidir"

Deputat: "Ombudsmana əlavə səlahiyyətlər verilməlidir"

“2004-cü ildən indiyədək Azərbaycan İnsan Hüquqları Müvəkkili Milli Məclisə 25 təklif verib. Bu, qanunlara əlavələr, dəyişikliklərdir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli qeyd edib ki, bu dəyişiklik təklifləri qəbul olunub.

Deputat Tahir Kərimli isə Ombudsmana əlavə səlahiyyətlərin verilməsini təklif edib: “Qanunvericiliyə hansısa formada dəyişiklik edilməlidir ki, Ombudsmanın təkliflərinə məcburi şəkildə baxılsın. Müvəkkilə belə bir hüquq verilməlidir. Qanunvericilik təşəbbüsü olan orqan Ombudsmanın təkliflərini məcburi şəkildə müzakirəyə təqdim edilməlidir, bilinsin ki, rədd olunmayacaq”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
30 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...