Kadırov Şeyx Şamillə bağlı dediklərinin arxasında dura bilmir

Kadırov Şeyx Şamillə bağlı dediklərinin arxasında dura bilmir
O, onu söyən şəxsləri bütün Çeçenistanın düşmənləri adlandırıb

Çeçenistan rəhbəri Ramzan Kadırov başçılıq etdiyi respublikanın düşmənləri olduğunu deyib.

Musavat.com RBK agentliyinə istinadən xəbər verir ki, çeçen lider onun İmam Şamil haqqındakı mübahisəli fikirlərinə göstərilən sərt reaksiyanı belə şərh edib.

Qeyd edək ki, Ramzan Kadırovun Qafqazın böyük qəhrəmanı Şeyx Şamil barədə hörmətsiz sözləri ciddi narazılığa, Dağıstanda və Mahaçqalada böyük hay-küyə səbəb olub.

Çeçenistanın diktatoru bununla bağlı fikirlərinin təhrif olunduğunu iddia edib.

Onun sözlərinə görə, düşmənləri qəsdən məsələni başqa istiqamətə yönəltməyə çalışırlar.

Məlum olduğu kimi, Ramazn Kadırov onu sosial mediada tənqid edən şəxsləri “İnstagram”dakı hesabından fiziki haqq-hesab çəkməklə hədələmişdi.

Lakin çeçenlərin rəhbəri düşmənlərini məsuliyyətə çağırmaq barədə sözlərini Dağıstan və onun əhalisinə deyil, atasını və bütün çeçen xalqını təhqir edən “kalviatura qəhrəmanları”na ünvanladığını deyib.

Xatırladaq ki, Ramzan Kadırovun Şeyx Şamili “qəddar”, “çeçenlərin kəndlərini yandıran”, “medal aldıqdan sonra ruslara sığınan” kimi təqdim etməsi birmənalı qarşılanmamış və Şimali Qafqazın bütün bölgələrində ciddi rezonons doğurub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
602 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...