Mamuka Baxtadze: “Azərbaycan və Türkiyə ilə münasibətlər fəallaşdırılıb”

Mamuka Baxtadze Gürcüstanın baş naziri olduğu dövrdə hökumətin fəaliyyətinin nəticələri barədə hesabat təqdim edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hesabatda qonşu ölkələrlə münasibətlər bölməsi də yer alıb.

M.Baxtadze bu bölmədə Türkiyə və Azərbaycanla münasibətlərə də toxunub: “Strateji tərəfdaşlığın inkişafı məqsədilə Türkiyə və Azərbaycanla həm ikitərəfli, həm də çoxtərəfli münasibətlər fəallaşdırılıb”.

Sabiq hökumət başçısı qonşu ölkələrlə regional əhəmiyyətli layihələrin həyata keçirilməsinin böyük əhəmiyyətini də vurğulayıb: “Qonşu ölkələrlə əməkdaşlıq sahəsində yeni regional layihələrin işlənib hazırlanması hər zaman gündəmdə olmalıdır. Bu layihələr bizim bölgəni daha cəlbedici və təhlükəsiz edə bilər”.

Qeyd edək ki, M.Baxtadze bu gün istefa verib. O, 2018-ci ilin iyunundan hökumət başçısı olub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
510 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...