Azərbaycan və Ermənistan XİN başçıları növbəti dəfə görüşəcək

Azərbaycan və Ermənistan XİN başçıları növbəti dəfə görüşəcək

Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın yeni görüşü planlaşdırılır.

"Sputnik Armenia"nın məlumatına görə, bu barədə Z.Mnatsakanyan Yerevanda keçirilən mətbuat konfransında bildirib.

O, görüşün yaxın zamanlarda planlaşdırıldığını qeyd edib.

Z.Mnatsakanyan Qarabağ münaqişəsinin nizamlanmasının hazırkı formatını ən optimal variant adlandırıb.

Xatırladaq ki, bundan öncə XİN başçıları iyunun 20-də Vaşinqtonda görüş keçiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
627 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...