Qoşulmama Hərəkatı ölkələrinin XİN başçıları Bakıda sammitə hazırlaşır

Qoşulmama Hərəkatı ölkələrinin XİN başçıları Bakıda sammitə hazırlaşır
Qoşulmama Hərəkatı ölkələrinin xarici işlər nazirləri oktyabrın 23-24-də Bakıda təşkilatın sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər.

"Report" xəbər verir ki, bundan əlavə, oktyabrın 21-22-də paytaxtımızda sammitə hazırlıq məqsədi ilə Qoşulmama Hərəkatında iştirak edən ölkələrin yüksək səviyyəli rəsmilərinin görüşü də keçiriləcək.

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək.

Sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
688 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...