Tramp İranın ABŞ-la danışıqlar aparmaq istədiyini bildirib

Tramp İranın ABŞ-la danışıqlar aparmaq istədiyini bildirib
ABŞ prezidenti Donald Tramp, İranın ABŞ ilə danışıqlar aparmaq istədiyini söyləyib.

"Report" "RİA Novosti" yə istinadən xəbər verir ki, o bunu jurnalistlərə açıqlamasında deyib.

"İran görüşmək istəyir", - deyə o, bildirib və məsələnin təfərrüatları barədə məlumat verməyib.

Bundan əvvəl, Tramp, İran rəhbərliyi ilə, o cümlədən ayın sonunda Nyu-Yorkda keçiriləcək Baş Assambleyanın iclasında görüşməyə hazır olduğunu bildirib, lakin bu günə qədər Ağ Ev belə bir görüşün planlaşdırılmadığını bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
517 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...