Gürcüstanın iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

Gürcüstanın iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnavanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 17-də Azərbaycana işgüzar səfər edəcək.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, ikigünlük səfər çərçivəsində N.Turnava bir sıra ikitərəfli görüşlər keçirəcək.

Görüşlərdə Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq. Həmçinin Gürcüstan-Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın növbəti iclasına hazırlıq məsələləri də nəzərdən keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
497 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...