Bu gün Ankarada Türkiyə-Rusiya-İran sammiti keçiriləcək

Bu gün Ankarada Türkiyə-Rusiya-İran sammiti keçiriləcək

Bazar ertəsi Türkiyənin paytaxtı Ankarada Rusiya, Türkiyə və İran liderlərinin üçtərəfli görüşü baş tutacaq.

Oxu.Az xəbər verir ki, Vladimir Putin, Rəcəb Tayip Ərdoğan və Həsən Rouxani Suriya münaqişəsinin nizama salınması yollarını müzakirə edəcəklər.

Bu Suriya böhranının həlli istiqamətində Astana formatı çərçivəsində keçirilən 5-ci görüş olacaq.

Tərəflər həmçinin iqtisadi əlaqələr və regional təhlükəsizlik də daxil olmaqla bir çox məsələləri müzakirə etməyi planlaşdırırlar.

Üçtərəfli görüşün yekunlarına dair liderlər birgə bəyanatla çıxış edəcəklər.

Sammit çərçivəsində liderlərin ikitərəfli görüşləri də nəzərdə tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
500 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...